Kreml də təsdiq etdi: Putin avqustda Fransaya gedəcək

28.07.2019 - 18:55

Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.

TASS bildirir ki, bu barədə Fransa Prezidenti BFM telekanalının canlı efirində jurnalistin sualını cavablandırarkən məlumat verib.

Emmanuel Makron qeyd edib ki, görüş avqustun 19-da Prezidentin yay iqamətgahı olan “Fort de Bregancon”da keçiriləcək.

Rusiya Prezidentinin avqust ayının ikinci yarısında Fransaya səfər edəcəyini Kremldən də təsdiqləyiblər.

Belə ki, Kremlin mətbuat xidmətinin bu barədə yaydığı xəbərdə deyilir: “Vladimir Putinin göstərilən müddətdə Fransaya səfəri işlənilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=130593

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728