Müxalifət niyə Rusiyanın partiyaları ilə əlaqə qurmur?

29.07.2019 - 19:49

Azərbaycan iqtidarının Rusiya hökuməti ilə kifayət qədər normal münasibətlərinin olması hər kəsə məlumdur. Lakin eyni halı müxalifətdə müşahidə etmirik. Müxalifət nümayəndələri nəyinki, Rusiyanın müxalifət cameyəsi ilə əlaqə qurmurlar, hətta bu barədə fikirlər səslənəndə belə sərt reaksiyalar verilir. Bunun səbəbi nədir?

“Yeni Müsavat”a danışan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, söhbət Azərbaycanın demokratikləşməsini istəyən müxalifətdən gedirsə, şübhəsiz ki, bu zaman bütün demokratik qüvvələrlə münasibət qurulmalıdır: “Burada qeyri-adi heç nə yoxdur və bu, işin faydasına ola bilər. Ancaq təəssüf ki, postsovet məkanında demokratik qüvvələr arasındakı münasibətlər arzuolunan səviyyədə deyil.

Картинки по запросу Sülhəddin Əkbər

Sülhəddin Əkbər: “Təəssüf ki, postsovet məkanında demokratik qüvvələr arasındakı münasibətlər arzuolunan səviyyədə deyil”

Hətta 1980-90-cı illərdəki olan səviyyədən də çox aşağıdır. Milli Azadlıq Hərəkatın dövründə demokratik qüvvələrlə sıx münasibətlər var idi. Xüsusən də Baltikyanı respublikaların müxalifətləri ilə əlaqələr daha yaxşı idi. Çünki bu respublikalarda həmin dövrdə müxalifət kifayət qədər güclü fəaliyyət göstərirdi. Düşünürəm ki, Azərbaycanda demokratik düşərgənin inkişafına Baltik ölkələrinin müxalifətləri ciddi dəstək verə bilərlər. Nəzərə alaq ki, bu ölkələrin müxalifətləri həm Avropa Birliyinin, həm də NATO-nun üzvləridir. Digər tərəfdən isə Ukrayna, Gürcüstan və Moldovanın demokratik qüvvələri artıq hakimiyyətdədirlər. Müxalifətdə olsalar da, güclü mövqeləri var. Konkret olaraq Rusiyaya gəlincə isə Azərbaycanda bu məsələ ilə bağlı çox ehtiyatlı mövqelər var. Bu, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsi ilə bağlıdır. “20 Yanvar”, Xocalı soyqırımı kimi travmatik hadisələr var. Bu da Azərbaycan müxalifətini də, cəmiyyətini də Rusiyaya münasibətdə həssaslaşdırır. Ancaq buna baxmayaraq, hesab edirəm ki, Rusiyanın da demokratik qüvvələri ilə münasibətlər qurulmalıdır. Bu, ancaq işin xeyrinə ola bilər”.

AG Partiyanın sədri Tural Abbaslı bildirib ki, partiyaların beynəlxalq əlaqələr məsələsi, dövlətlərin bu cür əlaqələrindən fərqli olur: “Hakimiyyətlər digər dövlətlərlə bu və ya digər formada əlaqə qurduqları zaman heç bir qəbahət və yaxud da başqa siyasi baxımından mənfi bir şey axtarılmır. Əksinə, bu, həmin iqtidarın uğuru sayılır. Bir anda düşünək ki, Azərbaycanın müxalifət partiyaları olaraq Rusiyanın, yaxud da İranın müxalifəti ilə əlaqələr qururuq.

Картинки по запросу tural abbaslı

Tural Abbaslı: “Hesab edirəm ki, partiyalar daha çox öz xalqı ilə əlaqə qurmağa cəhd göstərməlidir”

Bu zaman iqtidarın bizə, müxalifət partiyalarına qarşı aparacağı təbliğatı düşünün. Həmçinin də ümumiyyətlə, xarici dövlətin partiyaları, digər müxalifət partiyaları ilə əlaqə qurmaqda maraqlı olmurlar. Çünki onlar öz ölkələrində sabah hakimiyyətə gəlmə ehtimallarını düşünərək, Azərbaycan kimi dövlətlərdəki iqtidarla aralarının pis olmasını istəmirlər. Bu baxımdan da ola bilər ki, Azərbaycan müxalifətinin digər ölkələrin müxalifətləri ilə əlaqələri ürəkaçan səviyyədə deyil. Bunun zaman-zaman nümunələri də olub. Məsələn, “narıncı inqilab” ərəfəsində Ukraynadakı partiyaların Azərbaycan müxalifəti ilə münasibətləri var idi. Ancaq onlar hakimiyyətə gələndən sonra əlaqələri birtərəfli qaydada kəsdilər. Yaxud da Gürcüstanda da zamanında müxalifətdə olan partiyalar var idi. Onlarla Azərbaycan müxalifətinin bu və ya digər formada münasibətləri mövcud idi. Ancaq onlar da hakimiyyətə gəldikdən sonra əlaqələri kəsdilər. Dolayısı ilə bu məsələlər göründüyündən qəlizdir. Bəli, indi müxalifət partiyaları bir çox beynəlxalq birlik və bloklara üzv olublar. Bunların üzərindən əlaqə qura bilərlər. Hesab edirəm ki, partiyalar daha çox öz xalqı ilə əlaqə qurmağa cəhd göstərməlidir. Çünki xalqla əlaqə qurmusansa, bu xalq səni hakimiyyətə gətirəcək. Hakimiyyətə gəldikdən sonra isə xarici ölkələrin partiyaları özləri səninlə əlaqə qurmağa cəhd göstərəcəklər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=130697

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930