Zelenskiyə qarşı ittifaq: iki qüvvə birləşdi
Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko Kiyevin meri Vitali Kliçko ilə birlikdə Prezident Vladimir Zelenskiyə qarşı birləşir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Lyaşko öz “Feysbuk” səhifəsində yazıb.
“Gözəl xəbər: Biz Vitali ilə birlikdə öz gücümüzü “Yaşıl vəba” hücumuna qarşı birləşdirməyə qərar verdik”, – deyə partiya lideri bildirib.
O.Lyaşko digər siyasi liderləri də onlara qoşulmağa çağırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=131209