Boris Conson “sərt Brexit”ə nail olmaq niyyətindədir

06.08.2019 - 20:43

Böyük Britaniyanın baş naziri Boris Conson oktyabrın 31-də “sərt Brexit”ə nail olmaq əzmindədir və etimadsızlıq göstərilsə belə, istefa verməyəcək.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə baş nazirin köməkçisi Dominik Kamminqs məlumat verib.
Belə ki, B.Conson hətta “sərt Brexit” əleyhdarlarının ölkənin Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasını təxirə salmaq üçün “milli birlik hökuməti” deyilən partiyalararası çoxluq təşkil etməyə müvəffəq olduqları halda, kürsüsündə qalmaq niyyətindədir. Belə olarsa, baş nazir B.Conson “Brexit”dən dərhal sonra ümumi seçkilər keçirməyi hədəfləyir.
Eyni zamanda Böyük Britaniyanın “Brexit”ə dair xüsusi elçisi David Frost baş nazirin Aİ nümayəndələrilə danışıqlar aparmaq niyyətində olmadığını, saziş imzalamadan təşkilat üzvlüyündən çəkilməyi yeganə mümkün variant olaraq gördüyünü diqqətə çatdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=131773

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930