Emmanuel Makron İlham Əliyevdən dəstək istəyib

11.10.2019 - 10:54

edca75a4-76e7-45e5-8471-eb308002183cOktyabrın 10-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Cümhuriyyət” məlumat verir ki, Fransa Prezidenti onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan Respublikası Prezidentindən xahiş edib.

Prezident İlham Əliyev Fransa Prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.

Fransa Prezidenti dəstəyə görə minnətdarlığını bildirib və Fondun bu günlərdə Lionda keçiriləcək konfransında Azərbaycanın dəstəyinin vurğulanacağını qeyd edib.

Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərin inkişafı və iki ölkənin prezidentləri arasında gələcək təmaslarla bağlı məsələləri müzakirə ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=134410

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31