“Biz Azərbaycandan nota almışıq…” – Rusiya XİN-dən cavab

17.10.2019 - 15:37

zakharoxa zaxarova“Dağlıq Qarabağla bağlı səsləndirilən fikirlər şəxsi fikirlərdir. Rusiya Federasiyasının rəsmi mövqeyini isə Xarici İşlər Nazirliyi açıqlayıb”.

“Report”un Rusya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini Konstantin Zatulinin Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən deyib.

“Biz diplomatik kanallarla Azərbaycandan nota almışıq. Bizim saytda çoxdan yerləşdirilib ki, Dağlıq Qarabağa Azərbaycan Respublikasının razılığı olmadan getmək Azərbaycanın “qara siyahı”sına düşmək deməkdir. Rusiya Federasiyasın bu məlumatı hər kəsə aiddir “, M.Zaxarova olduğunu bildirib.

Qeyd edək ki, Konstantin Zatulin oktyabrın 11-də işğalı altında olan Azərbaycan torpaqlarına səfər edib. Separatçı rejimin keçirdiyi “Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq” adlı “beynəlxalq forum”da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=134817

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31