ReAl-ın Məclisi və İdarə Heyəti buraxılıb
“Respublikaçı Alternativ” (ReAL) Partiyası Məclisinin dünənki qərarına görə ReAl-ın hazırkı idarəetmə qurumlarından ikisi (Məclis və İdarə Heyəti) buraxılıb.
Bu barədə ReAl Partiyası İdarə Heyətinin üzvü Erkin Qədirli özünün “Facebook” səhifəsində bildirib.
E.Qədirlinin sözlərinə görə, ReAL Partiyası yeni qurultaya gedir: “Qurultaya qədər partiyanı Sədr (təkbaşına) idarə edəcək. Yeni qurultayda yeni nizamnamə qəbul olunacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=135832