DSX rəisi və hərbi prokuror Qazaxa gedib

08.11.2019 - 10:18

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Cümhuriyyət”ə verilən məlumata görə, səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurum­larının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=136109

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728