“Bu problemi yaradan səbəbləri aradan qaldırın…” – Keçmiş deputat

14.11.2019 - 17:15

nazim“Mühacir biznesi” qalmaqalının əsas səbəbi Azərbaycandakı iqtisadi-sosial durumdur. Düzdür, siyasi səbəblər də var, ancaq bu cüzidir”.

“AzPolitika.info” xəbər verir ki, bunları keçmiş deputat Nazim Bəydəmirli dilə gətirib. O, qeyd edib ki, heç kim öz ata-baba yurdunu atıb, müxtəlif yollarla xaricə köçməyə can atmaz: “Siz nəticəni müzakirə edib, xaricə iqtisadi miqrasiya edənləri qınamaqdansa, günahlandırmaqdansa, özünüzü onların yerinə qoyun. Mən daha yaxşı həyat qurmaq üçün yaşadığı yerdən köç edənləri qınamamışam, çünki bu onun təbii haqqıdır. Ancaq qanunu pozmadan indi bunu etməyin mümkün olmadığını da etiraf etmək lazımdır”.

N.Bəydəmirli daha sonra vurğulayıb ki, Bakıya Gədəbəydən, Tovuzdan və digər rayonlardan köç etmiş ailələrin əllərində imkanları olsa idi, biri də Bakıda qalmazdılar: “Bu problemi yaradan səbəbləri aradan qaldırın, onlara siyasi mənsubiyyətinə görə rişxənd etməyin. Belə yüksək tələb olan yerdə də müxtəlif “işbazlar, asan pul qazananlar” miqrasiya qanunvericiliyinin imkanlarından öz xeyrinə yararlanacaqlar”.

“AzPolitika.info”

Short URL: http://www.cumhuriyyet.net/?p=136495

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728