Merkeldən Almaniyadakı terror hadisəsi ilə bağlı ilginc açıqlama…

20.02.2020 - 20:37

Terrorçunun kimliyi hər kəsi şoka saldı

Almaniyanın Baş naziri Angela Merkel ötən gecə Almaniyada baş verən terror aktı ilə bağlı açıqlama verib.

Merkel dəhşətli olayın bütün tərəflərinin aydınlaşdırılması, orta çıxarılması üçün bütün səylərdən istifadə ediləcəyini deyib.

Merkel həmçinin irqçiliyin bir zəhər olduğunu deyib: “İrqçilik bir zəhərdir, həmçinin nifrət də zəhərdir. Bu zəhər cəmiyyətimizdə mövcuddur. Biz vətəndaşlarımız arasında irqi və din arasında fərq qoymuruq”.

Xatırladaq ki, ötən gecə Almaniyanın Hanau şəhərində iki kafeyə silahlı basqın nəticəsində 11 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Ölənlərin arasında 3 türkün olduğu bildirilir.

Almaniya polisi gecə hadisəni törədən Tobiasın Hanaudakı evində meyitini tapıb. Mənzildə onun bir etiraf məktubu və videosu tapılıb. Terrorçunun anasını öldürüb, sonra intihar etdiyi bildirilir.

Türkiyə mətbuatının yazdığına görə, Tobiasın məktubunda “Bəzi millətlər məhv edilməli və onlara Almaniya pasportu verilməməlidir” deyə qeydlər olub.

43 yaşlı Tobias R’ terror törətdiyi Hanau şəhərində anadan olub. O, universitet məzunu olub, iqtisadçı peşəsinə yiyələnib.

Xalidə Gəray,
Musavat.com

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=142975

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031