“Suriya bataqlığı” dərinləşir: Türkiyə-Rusiya hərbi toqquşması baş verə bilər

23.02.2020 - 12:27

Mövcud situasiya Əsəd rejimi ilə yanaşı, həm də ABŞ-a sərfəlidir… Bu situasiya Əsəd rejiminə ilk növbədə nəzarət etdiyi əraziləri genişlətmək imkanı açmaqla yanaşı, ABŞ-a da Türkiyə-Rusiya münasibətlərinin yenidən pozulmasına şahidlik etmək şansı yarada bilər…

“Suriya bataqlığı” növbəti hərbi-siyasi böhranın məkanına çevrilməyə namizəddir. Belə ki, yaxın günlərdə bu “bataqlıq”da dünyanın daha iki nüfuzlu dövlətin qarşıdurması yaşana bilər. Və bu qarşıdurma reallığa çevrilərsə, hərbi-siyasi faktorların ön planda ola biləcəyini elə indidən ehtimal etmək mümkündür.

Məsələ ondadır ki, ABŞ-ın “Suriya bataqlığı”ndan nisbətən kənara çəkilməsi bu hərbi-siyasi poliqonda qüvvələr nisbətini bir qədər dəyişdirib. Düzdür, “bataqlıq” kənarına çəkilməş ABŞ-ı hazırda orada müəyyən mənada Türkiyə əvəz edir.

Çünki rəsmi Ankara Suriyanın terror bölgələri üzərindən törədilən sərhəd təxribatlarının qarşısını almaq məqsədilə Türkiyə qoşunlarını bu qonşu ölkənin ərazisinə yeritmək məcburiyyətində qalmışdı. İndiki situasiyada Türkiyə qoşunları Suriya ərazisinin sərhəd zolağında antiterror zonası yaradıb və oraya birbaşa nəzarət edir.

Onu da qeyd edək ki, rəsmi Ankara Türkiyə qoşunlarının Suriya ərazisinə yeridilməsi və bu ölkəylə sərhəd bölgəsində atılan bütün addımlarla bağlı həmin regionda maraqları olan ABŞ və Rusiya ilə məsləhətləşmə aparmışdı. Məsləhətləşmə prosesinin yekunu kimi isə həm ABŞ, həm də Rusiya ilə prinsipial razılaşma əldə etmişdi. Və hətta Rusiya ilə razılaşmanı rəsmiləşdirən Soçi anlaşması da mövcuddur.

Ancaq son günlər baş verən hadisələr bu razılaşmaların tapdalandığını sübut edir. Belə ki, ABŞ-ın “Suriya bataqlığı”ndan bir qədər kənara çəkilməsindən sonra bu hərbi-siyasi poliqonda yaranmış situasiyanı bəzi beynəlxalq siyasi iradə mərkəzləri özləri üçün fürsət hesab etməkdədir.

Məsələ ondadır ki, Əsəd rejimi Türkiyə qoşunlarının nəzarətində olan bufer zonaya hücum etməklə diqqəti çəkir. Və Əsəd rejiminə aid silahlı birləşmələrin irəliləyişinin Rusiya hərbi aviasiyasının fəal dəstəyi ilə müşayiət olunduğu da önəmli məqamdır. Ən azından ona görə ki, Türkiyə-Rusiya anlaşmasına görə, bu iki dövlət Suriya ərazisində bir-birinin maraqlarına hörmətlə yanaşmalı və heç bir halda silahlı qarşıdurma təhlükəsi yarada biləcək addımlar atmamalıdırlar.

Ancaq son hadisələr də təsdiqləyir ki, Rusiya Türkiyə ilə əldə olunan anlaşmanın şərtlərinə qətiyyən sadiq deyil. Əksinə, Rusiya Əsəd rejiminə aid silahlı birləşmələrin irəliləyişinə hərbi aviasiya dəstəyi verməklə, həmin anlaşmanı kobud şəkildə pozmuş olur.

Böyük ehtimalla Rusiya və Əsəd rejiminin planları dəyişib. Və güman etmək olar ki, “Suriya bataqlığı”nın qurudulmasına yönəlik beynəlxalq anlaşmaların şərtləri Rusiyanın yeni planlarıyla ziddiyyət təşkil edir.

Картинки по запросу "Rusiya Əsəd"

Məsələ ondadır ki, Rusiya “Suriya bataqlığı”nda əsasən Əsəd rejimini dəstəkləyir. Suriyanın legitim hakimiyyəti olaraq, Əsəd rejimini qəbul edir. Suriyanın bütün ərazisi üzrə Əsəd rejiminin siyasi iradəsinin bərpa olunmasına çalışır.

Təbii ki, indiki situasiya belə bir niyyətə bağlı planın reallaşması üçün nisbətən uyğun şərtlər formalaşdırır. Belə ki, ABŞ “Suriya bataqlığı”ndakı aktiv iştirakçı rolundan nisbətən geri çəkilib. Türkiyə isə yalnız təhlükəsizlik zonasına nəzarət etməyə iddialıdır.

Bu isə Əsəd rejiminin nəzarət etdiyi ərazilərin daha da genişləndirilməsi üçün imkanlar açır. Yəni Rusiya və Əsəd rejimi yaranmış nisbi boşluqdan dərhal istifadə etmək niyyətinə düşüblər.

Onu da qeyd edək ki, Rusiya və Əsəd rejimi meydanı nə qədər boş gömüş olsalar da, “Suriya bataqlığı”ndakı mövcud situasiya daha təhlükəli istiqamətlərə də yönələ bilər. Belə ki, rəsmi Ankara Türkiyənin Suriya ilə sərhəd zolağındakı təhlükəsizlik maraqlarından qətiyyən imtina etmək niyyətində deyil.

Картинки по запросу "Türkiyə Əsəd"

Əksinə, rəsmi Ankara Türkiyənin təhlükəsizlik maraqlarının təmin edilməsi məqsədilə istənilən addımı atmağa hazır olduğunu biruzə verməkdədir. Buna misal olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əsəd rejiminə yönəlik sərt xəbərdarlığını göstərmək olar.

Çünki prezident R.T.Ərdoğan bəyan edib ki, Əsəd rejimi Soçidə əldə olunmuş atəşkəs rejiminə riayət etməlidir və son günlərdə ələ keçirtdiyi ərazilərdən geri çəkilməlidir. Əgər, bu ayın sonuna qədər Əsəd rejimi ələ keçirdiyi ərazilərdən geri çəkilməzsə, Türkiyə həmin bölgədə hərbi əməliyyatlara başlayacaq.

Türkiyənin hərbi əməliyyatlara başlaması isə “Suriya bataqlığı”nda növbəti dəfə hərbi böhranın yaranmasına səbəb ola bilər. Çünki Suriyaya yeridilmiş Türkiyə qoşunları indiyə qədər Əsəd rejiminə aid silahlı birləşmələrlə hələlik toqquşmaq zəruriyyəti ilə üzləşməyib. Əgər, belə bir zərurət yaranarsa, bu, həm də Türkiyə-Rusiya qarşıdurması ilə bağlı təhlükəli situasiya yarada bilər.

Məsələ ondadır ki, Türkiyə qoşunları hərəkətə keçərsə, Rusiyanın Əsəd rejiminə aid silahlı qruplaşmaları dəstəkləyəcəyi qətiyyən şübhə doğurmur. Rusiya hərbçilərinin Suriya ərazisində duslikasiya olunması da elə Əsəd rejiminin bu barədə xahişinə istinad edir.

Belə anlaşılır ki, əgər, Əsəd rejimi öz hərbi davranışlarında israr edərsə, bu, istər-istəməz Türkiyə və Rusiyanı hərbi-siyasi cəhətdən qarşı-qarşıya gətirə bilər. Halbuki son illərdə Türkiyə ilə Rusiya arasında kifayət qədər ciddi siyasi-iqtisadi yaxınlaşma meylləri mövcuddur. Hətta bu yaxınlaşma meyllərinin iki ölkə arasında strateji əməkdaşlığa qədər inkişaf edə biləcəyi də qətiyyən istisna edilmirdi.

Ancaq Əsəd rejiminin son davranışları ucbatından Türkiyə-Rusiya münasibətləri də artıq ciddi təhlükə altında qalıb. Düzdür, rəsmi Ankara Suriyada Rusiya ilə qarşıdurmanın yaşanmaması üçün əlindən gələni etməkdə olduğunu da vurğulayır.

Amma bunun üçün yalnız Türkiyənin xoşməramlı cəhdlərinin yetərli olacağı qətiyyən inandırıcı görünmür. Çünki Türkiyə-Rusiya münasibətlərinin zərər görməməsi üçün Kremlin də situasiyaya həssas yanaşması vacibdir. Rusiyanın belə bir həssaslıqda israr edib-etməyəcəyi isə yəqin ki, hadisələrin növbəti mərhələsində aydınlaşmağa başlayacaq.

Картинки по запросу "Suriya bataqlığı"

Maraqlıdır ki, indiki situasiya Əsəd rejimi ilə yanaşı, həm də ABŞ-a sərfəli görünür. Ən azından ona görə ki, bu situasiya Əsəd rejiminə ilk növbədə nəzarət etdiyi əraziləri genişlətmək imkanı açmaqla yanaşı, ABŞ-a da Türkiyə-Rusiya münasibətlərinin yenidən pozulmasına şahidlik etmək şansı yarada bilər. Türkiyə-Rusiya münasibətlərinin pozularaq, gərginləşməsi isə ABŞ-ın beynəlxalq maraqları baxımından, olduqca cəlbedici hadisə xarakteri daşıyır.

Bütün bunları nəzərə aldıqda, “Suriya bataqlığı”nda cərəyan edən hadisələrin mümkün inkişaf istiqamətləri böyük maraq doğurur. Hər halda istənilən ehtiyatsız davranış və ya rəqiblərin təxribatına veriləcək yanlış reaksiya Türkiyəni “Suriya bataqlığı”nın dərinliyinə doğru çəkə bilər. Türkiyənin bu təhlükəli ehtimala münasibətdə hansı ehtiyat ssenarilərə sahib olduğu isə yaxın vaxtlarda aydınlaşmağa başlayacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=143095

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031