Ramiz Mehdiyevin keçmişindən şok detallar: Vəzirovun ifşası – SƏNƏD

08.07.2020 - 23:45

Heydər Əliyevin himayəsi ilə vəzifə başına gələn MK katibi onu necə satır?

Azərbaycan siyasi sistemində hər zaman müəmma və sirlərlə bağlı olan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı hər bir məlumat maraqla qarşılanır. Daha çox kölgədə qalaraq prosesləri öz idarəçiliyi altında saxlamağı sevdiyinə görə “Boz Kardinal” kimi tanınan R.Mehdiyevlə bağlı cumhuriyyət.az-a ilginc məlumatlar daxil olub. Rəsmi sənədlərlə təsdiq olunan həmin məlumatlara keçməzdən öncə cənab Mehdiyevin siyasi keçmişi ilə bağlı bir məqamı xatırlatmaq istərdik.

Sovet partiya sistemində vəzifə alan Ramiz Mehdiyev 1983 -cü ildə Azərbaycan KP MK-nin katibi vəzifəsinə təyin olunub. Onun bu vəzifəyə gətirilməsində isə sözsüz ki, Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Heydər Əliyev Ramiz Mehdiyevin xarakterində xüsusi əhəmiyyət kəsb edən intriqantlığını, soyuqqanlı qəddarlığığını gördüyünə və nəhayət naxçıvanlı olduğuna görə ona çox kömək edib. Bir sözlə onu məmur Ramiz Mehdiyev edən Heydər Əliyev idi. Lakin zaman sürətlə dəyişdi. Kecmiş SSRİ-də və o cümlədən Azərbaycanda fırtınadan qabaqkı zaman – Qarbaçov zamanı başladı. Sözsüz ki, Heydər Əliyevi neytrallaşdıran Qarbaçov onun kadrlarını da təmizləməyi qarşıya məqsəd qoymuşdu. Növbə Ramiz Mehdiyevə çatanda o İsa peyğəmbərin 13-cü həvarisinin yolunu tutdu. Yəni Əbdürrəhman Vəzirov hakimiyyətə gələn kimi ilk plenumda Heydər Əliyevin və onun ətrafına qarşı çıxanlardan biri təəccüblü olsa da Ramiz Mehdiyev oldu. Heydər Əliyevin bunca yaxşılıqlarına rəğmən həmin tarixi plenumda Ramiz Mehdiyev mən “Heydər Əliyevin adamı olmamışam” fikirlərini işlətməkdən belə çəkinmədi. Amma Moskva hər şeyi əlinin içi kimi bilirdi və 1988-ci ildə Ramiz Mehdiyev KP MK-nin katibi vəzifəsindən çıxarıldı. Lakin Heydər Əliyevə qarşı dönüklüyü də nəzərə alındı və Mehdiyev 1988-ci ilin 1 iyun tarixində Azərbaycan Elmlər Akademiyasının ictimai-siyasi təvqiqatlar və informasiya institutuna şöbə müdiri təyin edildi.

Cumhuriyyət.az-a daxil olan sənəd də məhz həmin məşhur plenumla bağlıdır. Beləliklə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 30-31 may 1988-ci il tarixində keçirilən plenumunun 12 və 15 saylı protokollarından müəyyən hissələri diqqətinizə çatdırırıq (onu da bildirək ki, protokollar rus dilində yazılıb və biz burda onların qısa məzmunun təqdim edirik):

1988-ci il mayın 30-da Azərbaycan KP MK-nın I katibi Əbdürrəhman Vəzirob Azərbaycan KP MK-nın katibi, Büro üzvü Ramiz Mehdiyevin məsələsini plenumda müzakirəyə çıxarır…

Ramiz Mehdiyev: Mən,başa düşürəm ki indi deyəcəyim sözləri eşitmək sizing üçün çətindir. Amma inanın ki bunları demək mənim üçün də çox ağırdır. Çünki heç vaxt güman etməzdim ki, mənim taleyim belə həll olunacaq və Mərkəzi Komitəsinin
plenumunda məni Azərbaycan KP MK tərkibindən çıxarılması məsələsi duracaq. Mən yeni katib məsələsi müzakirə olunarkən söylədiyim fikirlərin üzərində bu gün də qalıram: ölkəmizə, partiyamıza dərindən minnətdaram ki, məni adi fəhləni yüksək partiya işinə irəli şəkib və mən Azərbaycan KP Mk-nın ideologiya üzrə katibi seçilmişəm. Mərkəzi Komitənin plenumunda mən bir qrup üzvü kimi qələmə verildim.

Əbdürrəhman Vəzirov: Avqust plenumunda gedən müzakirələrdə bildirildi ki, respublikada belə bir vəziyyətin yaranmasında kadr siyasətində olanboşluq, MK-nın keçmiş birinci katibləri, şöbə müdirləri, eləcə də ki, yolda. Bağırov və yoldaş Əliyev məsuliyyət daşıyırlar. O cümlədən siz də tutduğunuz vəzifəyə görə bu rəhbərliyə daxilsiniz.. Söhbət sizin ideologiya məsələləri üzrə katib kimi daşıdığınız məsuliyyətdən gedir. “Qrup” sözü isə ümumiyyətlə işlənməyib. BakıPartiya Konfransında bir neçə nümayəndə bəyan ediblər ki, respublikanın Kommunist Partiyasının növbədənkənar qurultayı çağırmaq lazımdır və partiyanın Mərkəzi Komitəsinin tərkibi yeniləşməlidir. Hesab edirik ki, Mərkəzi Komitənin hər bir üzvü yaxşı işləməli, ona göstərilən etimadı doğrultmalıdır. MK Bürosunun üzvləri adıçəkilən yoldaşların MK tərkibindən çıxarılması üçün yekdilliklə səs vermişdir. Çünki, onlar buna mənəvi haqqı itirib. Bizə yüksək partiya etimad göstərilib, amma hər kəs bu etimada
layiq olmayıb.

Siz deyirdiniz ki, yoldaş Bağırov sizə işləməyə imkan verməyib. Ancaq biz sizə bir şans verdik. Özünüzdə cəsarət tapıb etiraf edin ki, noyabr ayında baş verən hadisələrdə siz də məsuliyyət daşıyırsınız. Respublikada baş verənlərə görə hər kəs məsuliyyət daşıyır. Bunu etiraf etməyə cəsarət lazımdır. Respublikada nə baş verdiyini bilirsiniz. Çoxları məsuliyyət daşıyır, qapıda durb insanları işə buraxmayan, tətilləri təşkil edənlər də, mitinqlərin təşkilatçıları üçün pul yığanlar da.

R.Mehdiyev: Burda mənəvi məsuliyyət məsələsi səslənməsəydi mən çıxış etməyəcəkdim. Bu, məni narahat edir və təhqir edir. Çünki bütün ömrüm boyu ədalətli olmağa çalışırdı. Mən 3 ilə yaxın bir vaxtda təşkilat şöbəsində işləmişəm, bunu bütün yoldaşlar bilirlər. Mən demək istəmirəm ki, məndə səhvlər olmayıb. İş olan yerdə, səhv və nöqsanlar var. Siz doğru dediniz ki, biz rentgen deyil, bütün insanların içini görə bilək Mən MK Bürosundan və MK-dan xahiş edirəm ki mənim məsələmə diqqətlə
yanaşsınlar. Mən işlədiyim işdə xeyir verə bilərəm. Mən partiyanın sədaqətlyəm, bunu plenumda da çıxış edib demişəm və yoldaş Vəzirovun qəbuunlda da demişəmi. Və əgər yoldaş Vəzirov xatırlayırsa bizim aramızda konstruktiv, yoldaşlıq söhbəti oldu. Mənin üçün birinci katibdən mənim haqqımda kifayət qədər informasiyası olduğunu eşitmək xoş idi. O ki, qaldı ki,yoldaş Bağırovun mənə işləməyə imkan verməməsinə, demək istəyirəm ki, bir çox kadr məsələlərində mənim fikirlərim nəzərə alınmırdı. Ali təhsil naziri, partiya komitələrinin katibləri təyin olunarkən mənim rəyim nəzərə alınmırdı. Axı MK katibinin fikrni dinləmək lazımdır, ya lazım deyil idi? Əlbəttə, biz Büroda məsələni kollegial şəkildə həll edək ki, bütün səs verib. Mən yoldaşlardan acizanə dərəcədə xahiş edirəm ki, mənimməsələmə diqqətlə yanaşsınlar.

Beləliklə Mehdiyevin Azərbaycan KP MK Büro üzvülüyündən çıxarılması müzakirəsi ertəsi gün mayın 31-də keçirilən iclasda da davam edir və Vəzirovla onun arasında maraqlı dialoq baş verir:

Ramiz Mehdiyev: Mən taleyin bu ağır zərbəsini ləyaqətlə qəbul edirəm. Dünənki qərar, mənim MK üzvülüyündən çıxarılmağımı yeganə düzgün yol hesab edirəm. Necə deyərlər sonuncu ölən ümiddir, mən ümid edirəm ki, siz gələcəkdə mənim partiya taleyimə biganə qalmayacaqsız və mən partiyamız üçün faydalı ola biləcəm. Diqqətinizə görə təşəkkür edirəm.

Əbdürrəhman Vəzirov: Sualı olan varr? Yox. Düzgün çıxış idi.Dünən də belə çıxış etsəydi daha düzgün olardı. Amma heç olmamasındansa, gec olması məsləhətdir. Mən sizin bu bəyanatınızı alqışlayıram. Kimsə çıxış etmək istəyir? Yox?

Təşkilat məsələnin müzakirəsinə keçirik., mən sizə növbəti bəyanatı oxumaq istəyirəm (yoldaş Azərbaycan KP MK katibi R.Mehdiyevin bəyanatını oxunur). Azərbaycan KP MK bürosu bu bəyanatı müzakirə edərək Ramiz Mehdiyevin fəlsəfə
elmləri namizədi olmasını da nəzərdən keçirdi. Elmlər Akademiyasının prezidenti Eldar Salayevlə ilə məsləhətləşib, ona vəzifə də təklif edilib. Yoldaş Mehdiyev bu vəzifəni məmnunluqla qəbul etmiş və və sabahdan Elmlər Akademiyasının tarix İnstitutunda 400 manat maaşla şöbə müdiri kimi işə başlayacaq. Bu məsələni sizin müzakirənizə buraxıram. Nə
kimi suallar, təkliflər var? Razısınız? PlenumunnNövbəti qərarını səsverməyə çıxarıram: Yoldaş Mehdiyev Ramiz Ənvər oğlunun
özünün ərizəsini və başqa işə keçməsini nəzərə alaraq o Azərbaycan KP MK-nın Büro üzvü və katibi vəzifəsindən azad edilsin. Kim razıdır xahiş edirəm, səs versin. Əleyhinə. Bitərəf olan? Yoxdur.

Biz yoldaş Mehdiyevin bir az əvvəlki çıxışı haqda xoş sözlər dedik və mən düşünürəm ki, o alicənablıq və şücaət göstərən addım
atdı.

R.Mehdiyev: Yoldaşlar, mən öz bəyanatımda istəyimi ifadə etmişəm, indi bəzi əlavə etmək istərdim. Artıq yeddi il yarımdır mən MK Bürosunun üzvüyəm. Bu müddət ərzində Azərbaycan KP MK-nın etimadını doğrultmağa çalışmışam. MK üzvləri, sona qədər səmimi olmaq istəyirəm, işlədiyim illər, Büro tərkibində olmaq mənim üçün böyük bir məktəb idi. Mən deyərdim ki, bu, əsl həyat akademiyası idi. Bu illər, məndə mənim siyasi əqidəmi möhkəmləndirmiş və bundan sonra vətəndaş kimi formalaşmağa, mənə kömək etmişdir. Bütün bunlara görə də, yoldaşlar, mən yoldaşlarıma, MK üzvlərinə bir daha öz səmimi təşəkkürümü bildirirəm. Doğrudan da, respublikas qarşısında mürəkkəb vəzifələr durur və mən hamınızı əmin edirəm ki, həyatımızın bu çətin mühüm problemlərini həll etmək üçün bütün gücümü qoyaraq sizə kömək edəcəm.

Bütün sadalananlardan sonra mediaforum.az saytında 10 oktyabr 2007-ci il tarixində dərc olunmuş (http://www.mediaforum.az/az/2007/10/10/ƏBDÜRRƏHMAN-VƏZİROV-İLHAM-ƏLİYEV-ÖZ-ATASINDAN-010748292c.html#.UwKT01k9CIU) məqaləsində Ə.Vəzirovun: “İlham Əliyevə onun həndəvəri, Ramiz
Mehdiyev, Artur Rasizadə və başqaları əngəldir. Ətrafı İlham Əliyevin təmiz bədənində çirkabdır, bu çirkab öz maraqlarını, arzularını həyata keçirməyə çalışır. Onlar problemi özlərinin çirkaba batmış reytinqlərinin sərhədləri
dəqiq şəkildə cızılmış elektoral gettoları çərçivəsində yerində saymaqla həll edirlər”.

 Cumhuriyyet.az

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=149549

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31