“Ermənistanın hərbi təcavüz aktına Minsk Qrupu konkret münasibət bildirməlidir” – Prezidentin köməkçisi

16.07.2020 - 17:59

Tovuzdakı təxribat Ermənistanın Azərbaycana qarşı çirkin əməlləridir.

Trend-in məlumatlna görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu barədə lazımi beyməlxalq təşkilatlara məlumat verilib: “BMT, Qoşulmama Hərəkatı, ATƏT-ə də lazımi məlumat verilib. Digər beynəlxalq təşkilatlara da məlumat verilib. Türkiyə tərəfindən məsələyə dərhal reaksiya verilib, İƏT-in mövqeyi açıqlandı. İƏT-ə üzv olan 57 dövlət, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İran, Səudiyyə Ərəbistanı da bizim məlumatlarımıza dəstək verib. Ermənistanın hərbi təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir. Təəssüf ki biz yenə də standart cavablar alırıq”.

H.Hacıyev bildirib ki, Ermənistan bu hadisənin məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyir: “Lakin Cənab Prezidentin vaxtında atdığı addımlar nəticəsində Ermənistanın niyyəti ifşa edildi. Ermənilər itkilərini gizlədir. Bu əməllər də beynəlxalq ictimaiyyət tərəfindən izlənilir.

Axərbaycan Ordusunun şəxsi heyətlə komplektləşməsi üçün heç bir problem yoxdur. Azərbaycan Silahlı Qüvvələri bu gün yüksək texnologiyalardan istifadə edir. Bunun üçün yüksək səviyyəli təlimlər və kurslar vacibdir. Bu kurslar bu gün yüksək səviyyədə həyata keçirilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=150151

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31