GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlığı müzakirə edib

14.08.2020 - 13:31

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstanın səfiri David Bakradzenin, Moldovanın səfiri Eugen Karasın və Ukraynanın səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.

Bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, iştirakçılar ABŞ-dakı GUAM Səfirlikləri arasında əməkdaşlığın hazırkı səviyyəsi barədə müzakirə aparmış və ümumi maraqlar əsasında gələcək birgə təşəbbüslər barədə qərara gəliblər.

Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviq edilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, sözügedən formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.(azpolitika.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=152287

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728