Paşinyan BBC-nin efirində pis vəziyyətə düşüb

14.08.2020 - 17:50

“Sadəcə bilmək istəyirəm, öz üzərinizə məsuliyyəti götürüb, Ermənistan silahlı qüvvələrinin törətdiyi sui-istifadə və cinayətlərə görə üzr istəyə bilərsinizmi? Sadə bir sualdır. Hə, ya yox?”.

“Report” xəbər verir ki, bu sualı BBC-nin “Hardtalk” verilişinin aparıcısı Stiven Sakur Ermənistan baş naziri Nikol Paşinyana ünvanlayıb.

İngilis dili biliyi zəif olan Nikol Paşinyan aparıcının açıq sualından yayınsa da, aparıcı onun sözünü kəsərək bunu ona xatırladıb: “Görünür, siz “üzr istəyirəm” deməyəcəksiniz”.

S.Sakur suallardan yayınmaq üçün cavabları tarixi müstəviyə endirməyə çalışan Nikol Paşinyana məsələləri günümüzün reallıqları baxımından nəzərdən keçirməyi tövsiyə edib. Teleparıcı BMT-nin Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qətnamələri Ermənistan başçısına xatırladıb: “Orada dəqiqliklə qeyd olunub ki, bütün erməni qüvvələri Azərbaycan Respublikasının ərazisindən çəkilməlidir. Beynəlxalq hüquqa əsasən, sizin oradakı qüvvələriniz işğalçı qüvvələrdir. Siz isə həmin əraziyə gedib oranın sizə aid olduğunu deyirsiniz. Belə çıxır ki, siz heç də sülh keşikçisi deyilsiniz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152293

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728