Keçmiş kikboksçu Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti oldu

03.09.2020 - 12:07

Londonda yaşayan azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyev yeni yaradılan Birləşmiş Krallıqda Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti seçilib.

“Report”un məlumatına görə, bu barədə idmançının özü şəxsi “Facebook” səhifəsində yazıb. Baxşəliyev onu bu vəzifəyə rəhbər olmağa layiq görən təsisçilər qrupuna təşəkkür edib.

“Britaniyada bu cəmiyyətə rəhbər olmağa məndən daha layiqli şəxslər olduğuna əminəm. Amma başlanğıc üçün bu ağır yükü üzərimə götürməkdən imtina etməməyi həqiqi bir azərbaycanlı olaraq özümə borc bildim. Sizlərin də dəstəyi ilə bu şərəfli iş uğrunda mübarizə apararaq, Vətənimizi bu ölkədə layiqincə təmsil edib, vətəndaşlarımızın birliyini, bərabərliyini təmin etməyə, birlikdə düşməndən daha güclü olmağa çalışacağıq. Vətənimizə, millətimizə xeyirli olsun” deyə o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=153498

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728