ABŞ dövlət katibi Azərbaycan və Ermənistana müraciət edib

02.10.2020 - 10:29

ABŞ dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülhə, xarici qüvvələri isə münaqişəyə müdaxilə etməməyə çağırıb.

 

İnterAz xəbər verir ki, ABŞ rəsmisi belə çağırışla “Fox News”a müsahibəsində çıxış edib.

 

“Biz münaqişənin beynəlxalq xarakter almasına qarşı çıxırıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda qalmalıdır. Biz atəşin dayandırılmasına çağırırıq. Biz iki ölkənin hər birinin liderləri ilə danışaraq, onları bunu etməyə çağırırıq”, – o deyib.

 

“Ümid edirik ki, onlar yaxın günlərdə zorakılığın etnik və siyasi qarşıdurmaları və mübarizəni həll etməyəcəyini və üçüncü tərəflərin, digər ölkələrin onlara qoşulmasının problemi daha da artıracağını görəcəklər”, – Pompeo əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=155233

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31