Rusiya Paşinyanın qələmini qırıb – səfirin eks-prezidentlərlə görüşünün pərdəarxası

03.10.2020 - 10:39

Elşən Mustafayev: “Rusiya ciddi şəkildə post-Paşinyan dövrünə hazırlaşır”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın eks-prezidentləri ilə görüşməyə başlayıb. Əvvəlcə eks-prezident Levon Ter Petrosyanla, oktyabrın 1-də isə sabiq prezident Serj Sərkisyanla görüşən Rusiya səfirinin bu təmaslarının hansı məqsədlərə xidmət etdiyi barədə suallar meydana gəlib.

Moskva sabiq prezidentlərdən nə umur?  Rusiya səfiri ölkənin rəhbəri olan Nikol Paşinyanla deyil, hazırda hakimiyyətdə olmayan sabiqlərlə nə üçün görüşür?

AMİP sədrinin müavini, beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ermənistandakı səfirinin Ermənistan müxalifəti ilə, xüsusilə keçmiş prezidentlərlə görüşməsi gözlənilən addım idi: “Xatırlayırsızsa, Valdimir Putin Ermənistanda səfərdə olarkən Rusiya səfirliyində, həbsdə olan sabiq prezident Robert Köçəryanın həyat yoldaşı ilə görüşmüşdü. Ondan öncə yenə də həbsdə olan Robert Köçəryanı yubileyi münasibətilə təbrik etmişdi. Bu  faktlar o zamandan Nikol Paşinyanla münasibətlərin səviyyəsindən xəbər verirdi. Səfirin addımı da məhz bu münasibətlərin məntiqi davamıdır. Azərbaycanın antiterror əməliyatlarında qazandığı uğurlar hazırda Ermənistan cəmiyyətində hakimiyyətə münasibətdə ciddi narazılıqlar yaradıb, ölkədə görünməmiş panika yaşanır.  Nəzərə alın ki, bu narazılıqların və panikanın artmasına Paşinyan komandasının guya döyüşlərdə uğurlu müqavimət göstərdiyi ilə bağlı yaydığı dezinformasiyalar da mane ola bilmir. Təsəvvür edin, həqiqətlər ortaya çıxacağı halda vəziyyət hansı halda olacaq. Bunu Rusiya yaxşı bilir. Ona görə də mənə elə gəlir ki, Rusiya təcili şəkildə post-Paşinyan dövrünə hazırlaşır və səfirin keçmiş prezidentlərlə görüşməsi bunun üçündür. Siyasi proseslərə təsir imkanı olan liderlərlə görüşdə Ermənistanın gələcək taleyi ilə bağlı müzakirələr aparılır”.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Elşən Mustafayev

Ekspert qeyd etdi ki, son hadisələr gedişində Kreml tərəfsizliyini göstərməyə çalışmaqla bərabər sözçüləri vasitəsilə Paşinyanı vurmağı da unutmur: “Paşinyanın SU-25 təyyarəsinin  guya Türkiyəyə məxsus F-16 tərəfindən vurulmasını bəyan etməsi əslində Rusiyaya qarşı hazırlanmış bir tələ idi. Bununla o, Ermənistan cəmiyyətinə catdırmaq istəyirdi ki, bu hadisədən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizi müdafiə etməli olduğu halda etmədi. Bu əslində Ermənistan cəmiyyətində anti-Rusiya ovqatı yaradan davranış idi. Rusiya da bunun fərqindədir. Ona görə də ruslar buna tutarlı cavab verərək Paşinyanın təyyarə vurulması ilə bağlı araşdırma aparmaq üçün KTMT-yə müraciət etmədiyini bildirdi.

Sonradan Paşinyan Suriya terroristləri məsələsi ilə eyni uğursuz cəhdi etdi. Amma yenə də istədiyini ala bilmədi. Artıq əmindir ki, onun hakimiyyətdən gedəcəyi ehtimalları həqiqətə çevrilməyə başlayıb. Təbii ki, Paşinyan bunu bildiyindən  müqavimət göstərməyə çalışır və arsenalında olan bütün vasitələrdən istifadə etməyə cəhdlər edir. Paşinyan Rusiyanın onu hakimiyyətdən qovmaq üçün fürsəti əldən verməyəcəyini bilir. Ona görə də əsas işini Avropa Birliyi ölkələri ilə apararaq Azərbaycana qarşı ciddi koalisiya qurmağa çalışır. Fransanın ətəyindən yapışması da bununla bağlıdır. Hazırda Avropa Birliyinin bir çox ölkələri ilə Türkiyənin problemləri olduğundan Paşinyan Azərbaycan tərəfindən Türkiyənin döyüşdüyü dezinformasiyasını yaymağa başlayıb. Avropada bu işə rəhbərliyi öncədən gözlənilən kimi Fransa prezidenti Emmanuel Makron edir. Amma ümidverici hal odur ki, bütün səylərə baxmayaraq Makron da istədiyini əldə edə bilmir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155297

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031