Nikol Paşinyan ABŞ-ın yeni prezidentindən kömək istədi

Anews.az Unikal.orga istinadən xəbər verir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd kimi verdiyi vədləri də xüsusi vurğulayaraq, demokratların namizədinin Qarabağda müharibənin dayandırılması üçün addımlar atacağına ümid etdiyini deyib. Paşinyan əslində bununla Baydenin ermənilərə verdiyi vədlərə əməl etməsinə eyham vurub.
ABŞ-ın Demokratlar Partiyasının namizədi Co Baydenin prezident seçkilərində qələbə qazanması hələ rəsmi olaraq təsdiqlənməyib. Yalnız Birləşmiş Ştatların bir sıra mətbu orqanları Baydenin səs çoxluğu ilə Trampı üstələdiyini bildiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=157042