Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlanıb

17.11.2020 - 11:06

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 nəfər müvafiq orqanlara müraciət edib.

“Report” xəbər verir ki, bu barədə “News.am”a Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan bildirib.

O, qeyd edib ki, 2017-2020-ci illərdə ümumilikdə 22 277 nəfər vətəndaşlıqdan imtina üçün dövlət qurumlarına müraciət edib. Onlardan 6 576 nəfəri 2018-ci ildə, 7 138 nəfəri 2019-cu ildə, 3 313 nəfəri isə 2020-ci ildə yazılı şəkildə ölkənin vətəndaşı olmaq istəmədiyini açıqlayıb.

“News.am” Ermənistan vətəndaşı olmaq istəyənlərin də azaldığını açıqlayıb. Agentliyin məlumatına görə, vətəndaşlıqdan çıxmaq istəyənlərin ümumi sayı 4 165 nəfər təşkil edir, bu, vətəndaşlıq almaq istəyənlərin sayından 23 faiz çoxdur.

“Nikol Paşinyan və onun komandasının üzvlərinin heç vaxt bu göstəricilər barədə danışmamaları diqət çəkir. “Məxməri inqilab”ın lideri son iki il yarım müddət ərzində vətəndaşların Ermənistana “görünməmiş axını” barədə müxtəlif göstəriciləri açıqlayıb. Rəqəmlər göstərir ki, Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq üçün müraciət edir, eyni zamanda on minlərlə insan Ermənistan vətəndaşlığından imtina edib”, – deyə agentlik bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=157351

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728