İki qardaş ölkənin qazanacağı daha bir proje – ortaq media platforması

11.12.2020 - 10:20

İmzalanmış sənədlə Azərbaycanla Türkiyənin maraqlarına uyğun məqamları bu platformadan işıqlandırmaq mümkün olacaq. Azərbaycan və Türkiyə arasında ortaq media platformasının yaradılması ilə bağlı sənəd imzalanıb. 

 

Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında qurulacaq yeni ortaq media platforması, dezinformasiya xarakterli məlumatların qarşısının alınması hədəflənir. Bundan əlavə televiziya və film sahəsində də ortaq işlər görüləcək. İmzalar atıldıqdan təxminən 3 ay müddətində layihənin həyata keçirilməsi planlaşdırılır.

 

Əməkdar jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a açıqlamasında iki qardaş ölkə arasında ortaq media platformasının yaradılmasının əhəmiyyətindən danışıb: “Türkiyə və Azərbaycan arasında ortaq media platformasının yaradılması ilk növbədə iç xəbərlərin doğru-dürüst çatdırılması, bəlli standartlara uyğun olması üçün çox vacibdir.

Bu gün paytaxt günü elan olunmalıdır!” – Qulu Məhərrəmli Yeni Sabah

Qulu Məhərrəmli

İkinci bir tərəfən, bu cür ortaq platformanın yaradılması ilə Azərbaycan həqiqətlərinin dünya mediasına çıxması asanlaşır.

Üçüncüsü, Azərbaycanın müəyyən mənada dünya mediasına inteqrasiya olunması deməkdir. Yəni, əgər azad media kimi rol oynaya bilirsə, dünyanın aparıcı media agentlikləri üçün müəyyən mənbə rolunu oynayır, analitik materiallat verir, istinadlar olur,  bununla da Azərbaycan mediasının qazancı olur”.

Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi

Elçin Mirzəbəyli

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli illər öncə belə bir ortaq media platformasının yaradılması ilə bağlı təşəbbüslərin olduğunu bildirdi: “Hər zaman Türkiyə və Azərbaycan arasında ortaq media platformasının yaradılması uğrunda atılan addımlar tərəfimizdən  dəstəklənib və bundan sonra da dəstəklənəcək. İllər öncə ”Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arufoğlu və digər media kapitanlarının iştirakı ilə Şimali Kiprdə ortaq türk media birliyinin yaradılması ilə bağlı ortaq müqavilə imzalamışdıq. Bu təxminən 2006-2007-ci ildə olmuşdu.

Beləliklə, Türkiyə və Azərbaycan arasında ortaq media platformasının yaradılması bizim arzumuz idi və yaxşı ki, artıq dövlət səviyyəsində bu arzumuz həyata keçirilir.

Vaxtilə təşəbbüs etdiyimiz ortaq media birliyinin bir neçə toplantısı keçirilmişdi. Lakin təəssüf ki, qurum sonradan fəaliyyətinə davam etdirmədi. Yəni, zamanla layihə dayandı və həyata keçmədi.

İndiki şəraitdə artıq belə bir platformanın yaranması üçün böyük istəyin və zəruriyyətin yarandığı ortadadır. Düşünürəm ki, ortaq media platforması həyata keçirilərsə bu iki ölkə arasında informasiya sahəsində əlaqələrin intensivləşdirməyə imkan yaradacaq. Necə ki, Türkiyə və Azərbaycan bir çox sahələrdə iç-içədir, eləcə də medianın da iç-içə olması təmin olunur. Vətən müharibəsində Türkiyə mediasının azərbaycanlı jurnalistlərlə yanaşı iştirak etmələri, böyük fədakarlıq göstərmələri bunu sübuta yetirdi. Buna görə şəxsən öz adımdan onların hər birinə öz təşəkkürümü bildirirəm. Onlarla hamımız qürur duyduq.Hesab edirəm ki, birgə fəaliyyətimiz bir çox nailiyyətlərə yol açacaq. Bu, Azərbaycan mediası üçün çox vacibdir. Reallıq ondan ibarətdir ki, Türkiyənin həm çap, həm də televiziya mediası bizdən daha çox təcrübəlidir. Bu təcrübə müharibə dövründə də hiss olundu. Eyni zamanda Azərbaycanın çox istedadlı media kapitanları var. Onların da təcrübəsi bu istiqamətdə ortaq irəliləyişə sövq edəcək. Biz birlikdə çox güclü oluruq. Media sahəsində də birlikdə güclü olacağımıza şübhə etmirəm”.

Bakupost.az - “Məğlub olsam da, səhv etməmişdim” - 60 yaşlı Elçin Şıxlı

Elçin Şıxlı

“Ayna”, “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə qeyd edib: “Türkiyə və Azərbaycan arasında ortaq media platformasının yaradılması haqda aylar idi ki, danışılırdı. Artıq bu haqda rəsmi qərar verilib. Şübhəsiz ki, bu platformanın həyata keçirilməsi sayəsində ölkələrdə, eyni zamanda bölgədə gedən prosesləri birgə ortaq media imkanları ilə tanıdılacaq. Həmçinin iki ölkənin maraqlarına uyğun gələn məqamları bu platformadan işıqlandırmaq mümkün olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=158289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728