Türkiyə Prezidenti: “Azərbaycanla əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək”

11.12.2020 - 15:47

“Bildiyiniz kimi, Azərbaycan bizim üçün qardaş ölkədir. Azərbaycanlı qardaşlarımızın torpaqları 30 il idi ki, erməni işğalı altında idi. Onlar bu işğal müddətində çox səbr etdilər”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bu prosesi mütəmadi nəzarətdə saxladıqlarını vurğulayan Türkiyə dövlət başçısının sözlərinə görə, təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri gözləntiləri doğrultmayıb və adil nəticə əldə edilməyib.

“Dünən Azərbaycandakı qardaşlarımızın həyəcanı, sevinci həqiqətən çox fərqli idi. Bütün heyətimizlə orada Azərbaycanla Türkiyə birliyinin çox gözəl örnəyini nümayiş etdirdik. Bundan sonra da atacağımız addımları qəbul etdiyimiz razılaşmalarla müəyyənləşdirdik. Azərbaycanla əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək”, – deyə Ərdoğan qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=158314

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728