Norilskdə neft çirklənməsi planetdə bütün dövrlərin ən böyük miqqyaslı fəlakəti sayılıb – FOTO

25.12.2020 - 10:12

Norilskdə neft çirklənməsi planetdə bütün zamanların ən böyük fəlakəti sayılıb.

“RİA Novosti”ninin məlumatına görə, bu barədə RF FHN-dən xəbər verilib.

Bildirilir ki, bəşəriyyət tarixində bu qədər maye dizel yanacağı sızıntısı heç vaxt olmayıb. Hətta Arktika zonasında da onun izinə rast gəlinib.

Xatırladaq ki, Norilsk istilik-elektrik stansiyasının (İES) yanacaq rezervuarında mayın 29-da hermetiklik pozulub və böyük həcmdə dizel yanacağı ətrafa sızıb. Nəticədə stansiya ətrafında çirklənmə on min dəfələrlə artıb, dizel yanacağı qrunt sularına qarışıb və oradan çaylara sızıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, İES əməkdaşları saxlanılıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=158819

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728