“Türkiyə və Azərbaycan diasporları birləşməlidir” – ekspertdən çağırış

26.12.2020 - 10:31

Yəhya Babanlı: “Bundan sonra biz diaspora işində müdafiədə yox, hücumda olacağıq, Türkiyə və Azərbaycanın qlobal diaspora birlikləri yaradılmalıdır, Avropada böyük konqres təsis oluna bilər”

Erməni lobbisindən şikayətlənməyi buraxıb, bir millətin iki dövlətinin lobbi fəaliyyətlərini birləşdirmək lazımdır.

Musavat.com yazır ki, 44 günlük Vətən müharibəsində yeganə çatışmayan, zəif qalan yerimiz diaspor – lobbi fəaliyyətlərimiz oldu.

Ermənilərin diaspor gücü dünyanın bəlli ölkələrində və şəhərlərindədir. Həmin şəhərlərdə Vətən müharibəsində Prezident İlham Əliyevin  qurduğu modeli tətbiq etmək lazımdır!

Azərbaycan – Türkiyə diasporları mərkəzdə olmaqla, yeni strategiya ilə diaspor təşkilatlanmaları həyata keçirmək lazımdır.

İrandan mühacirət edən Güney Azərbaycanlı soydaşlarımızı, Pakistan kökənli qardaşlarımızı və başqa müttəfiqlərimizi də dəstək xarakterli fəaliyyətlərə cəlb etməyimiz mümkündür.

Yəni, qüvvələri birləşdirsək, özündən mif yaratmış erməni diasporundan daha artıq imkanlar yarada, bəzi hallarda isə onların fəliyyətlərini neytrallaşdıra bilərik.

Məsələn, Brüsseldə yaşayan azərbaycanlı icması İxelles adlı bələdiyyənin Azərbaycana qərəzli qərarını dəyişdirməyə nail olublar.

Qüvvələrin birləşdiriləcəyi və doğru yönləndiriləcəyi halında, bu prosesi dünya miqyasında həyata keçirmək mümkündür.

Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti 90 günədək  uzadılacaq

Burada bir nüans da Xarici İşlər Nazirliyi sisteminin yenilənməsidir. Avropa və digər ölkədəki səfirliklər vətənpərvər, yeni çağırışlara cavab verən kadrlarla zənginləşdirilməlidir.

Bunun üçün Elmar Məmmədyarovun xarici işlər naziri postundan gedişindən sonra bu strukturda irimiqyaslı “təmizləmə” işlərini davam etdirmək zərurəti yaranır. XİN rəhbəri Ceyhun Bayramov müharibəyə qədər bu istiqamətdə xeyli addımlar atmışdı.

Lakin Vətən müharibəsi qeyri-ixtiyarı bu prosesi bir qədər ləngitdi. İndi yenidən həmin “mafiya”ların təmizlənməsi lazımdır.

Məmmədyarovun kök salmış adamlarının uzaqlaşdırılması, korrupsiya şəbəkəsinə bulaşmış şəxslərin saf-çürük edilməsi prosesi getməlidir.

Diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı Musavat.com-a bildirdi ki, “bir millətin iki diasporası olmaz” deyimi var. Onun sözlərinə görə, bu şüardan irəli gələrək türk xalqlarının qarşısında böyük bir yol açılır.

Y.Babanlı hesab edir ki, bundan sonra biz diaspor işində müdafiədə yox, hücumda olacağıq.

“Biz öz həmrəyliyimizi 44 gün davam edən Vətən müharibəsində göstərə bilmişik. Bu həmrəyliyi diaspora sahəsində davam etdirməliyik.

Əslində Azərbaycan və Türkiyə diasporasının birgə strategiyası qəbul olunub. Elə bu strategiyaya söykənərək birgə fəaliyyət göstərilə bilər.

Bu fəaliyyət təkcə erməni məsələsində yox, dünyanın dəyişən konfiqurasiyasında öz yerini tutmaq üçün olduqca mühümdür.

Ona görə ilk növbədə Türkiyə və Azərbaycanın əsas qlobal diaspora birlikləri yaradılmalıdır. Məsələn, Avropada böyük konqres təsis oluna bilər, kontinentantal diaspor qurula bilər. O diasporlar işi beynəlxalq təşkilatlara siraət etdirməlidir. BMT-də onun daimi şuralarda təmsil olunmasını bacarmalyıq”, – deyə Y.Babanlı qeyd etdi.

Ekspertin fikrincə, təzədən bayraq götürüb, meydanlarda aksiyalar keçirməyimiz yetərli deyil: “Dünyanın tələbləri dəyişir. Pandemiyada bu yürüşlər mümkün də deyil.

Ona görə onlayn sistemdə platfomalar genişlənməlidir. Türkiyənin elmi potensialı, iş adamlarından tutmuş yüksək kateqoriyalı insanlara qədər imkanlarından istifadə etmək lazımdır.

Mənə belə gəlir ki, yaxın gələcəkdə yeni plaftoma yaradılması, sosial şəbəkələrdə geniş plaftormalar qurulması, yeni diaspor fəaliyyətinə qədəm qoyulmasına başlanacaq”.

Y.Babanlı hesab edir ki, bu işdə XİN-nin rolu olmalıdır, lakin diaspor sosial-ictimai fəaliyyət növüdür: “Diaspora işinin hüquqi çərçivəsi olmadığına görə Xarici İşlər Naziriyi onunla məşğul ola bilməz.

Azərbaycan vətəndaşlığı yoxdursa, hüquqi bağlantılar qırılır. Baxmayaraq ki, soydaşındır, amma həmin dövlətin qanunverciliyi çərçivəsində ictimai platforma yaranır, öz tarixi vətənin barədə sosial-mədəni tədbirlər həyata keçirirsən.

Ona görə lobbiçilik elm adamlarından, mədəniyyət, siyasət xadimlərindən bəhrələnir, onların vasitəsi ilə Qarabağla bağlı prosesi və digər məsələlərə aid məramları həyata keçirmək olur.

Xarici İşlər Nazirliyinin isə konsulluqları, səfirlikəri var, həm beynəlxalq konvensiyalara, həm milli qanunvericiliyə söykənərək müəyyən edilmiş çərçivədə fəaliyət göstərir.

Hesab edirəm ki, Türkiyədə və Azərbaycanda diaspora ilə bağlı müvafiq qurumlar var, onlar birgə memorandum imzalamalıdırlar, bu istiqamətdə işlərə başlamalıdırlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158863

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031