Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindın Musavat.com-a verilən məlumata görə, deputat Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin, millət vəkili Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyəcəklər.
Yanvarın 10-da keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitlə yaxından maraqlanacaq, prosesin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 15-də başa çatacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=159343