Amerikadakı azərbaycanlılar nələr yazdı?

08.01.2021 - 10:42

Okeanın o tayında olan tanınmış soydaşlarımız Tramp tərəfdarlarının Konqresə hücumunun səbəblərini və reaksiyalarını yazıblar; Ərəstun Oruclu: “Bu, ABŞ siyasi sisteminin böhranıdır”

ABŞ Konqresinin hər iki – Senat və Nümayəndələr Palatasının birgə keçirilən iclasında Demokrat Partiyasının namizədi Cozef Baydenin prezident seçkilərində qələbəsi təsdiqlənib. Gələn son məlumatda deyilir ki, Tramp yanvarın 20-də postunu tərk edəcəyini bildirib. Bu barədə Baydenin qələbəsinin ABŞ Konqresi tərəfindən təsdiqlənməsindən az sonra qeyd edib.

ABŞ-da yaşayan tanınmış azərbaycanlılar da hadisələri diqqətlə izləyirlər. Siyasi şərhçi Ərəstun Oruclu yazıb ki, baş verənlərin əsas səbəbi ABŞ siyasi sisteminin böhranıdır. Onun fikrincə, Trampın prezident seçilməsi özü elə həmin böhranın ciddi təzahürlərindən idi: “Təxminən 2 il əvvəl ”The İntercept” yazarı, britaniyalı jurnalist Mehdi Həsən və “New York Times” qəzetinin köşə yazarı Tomas Fridman təxminən eyni sualı vermişdilər: “Donald Tramp seçkiləri uduzub Ağ Evdən çıxmaqdan imtina etsə nə baş verəcək?” Təəssüf ki, ən pis proqnozlar özünü doğrultdu. Amma bu, tək Trampın günahı deyil. Onun məsuliyyəti öz yerində, lakin Trampın 4 illik hakimiyyəti dövründə onu ABŞ seçkilərinə müdaxilə edən Rusiyanın seçdirdiyini iddia edən demokratlar bəlkə heç özləri də bilmədən bu gün baş verənlər üçün münbit zəmin yaratmış oldular”. 

Ərəstun Oruclu ABŞ -a köçdü

Ə.Oruclu deyir ki, demokratlar düz 4 il ərzində amerikalılara onların büt kimi inandıqları seçkilərin saxtalaşdırılmasının mümkünlüyünü aşıladılar. “4 ildən sonra isə onların atdığı bumeranq geri qayıtdı və özlərinin, daha doğrusu, ölkənin başında çatladı. İndi sual olunur ki, 4 il ərzində ABŞ seçkilərinin saxtalaşdırıldığını iddia edənlər bu gün həmin seçkilərin saxtalaşdırılmadığına nə qədər amerikalını inandıra bilərlər? Təbii ki, Tramp tərəfdarlarının çox az bir hissəsini. Onlar isə ABŞ-ın az qala tən yarısıdır. Məlum oldu ki, müxtəlif ölkələrdə seçkilərdən sonra baş verən mübahisələri danışıqlarla və dinc yolla çözməyə çağırışlar edən ABŞ-ın özünün eyni hallar üçün nəzərdə tutulmuş ən ciddi “arqumentləri” polis, milli qvardiya və komendant saatı imiş”, – deyə ABŞ-da yaşayan ekspert təhlil edib.

Onun fikrincə, ABŞ siyasətində korporativ və partiya maraqları artıq çoxdan milli maraqların fövqündə dayanır, yetişməkdə olan böhranın başlıca səbəblərindən birincisi elə budur: “Vaşinqtondakı qarşıdırmada artıq ilk qan da töküldü. Ümid edək ki, bu həm də sonuncu qan olacaq. Başqa cür düşünmək isə sadəcə qorxuncdur, axı söhbət 330 milyon əhalisinin əlində 400 milyondan çox silah olan ölkədən gedir”.

Qənirə Ataşova Azərbaycanı tərk etdi

Amerikada yaşayan Qənirə Ataşova isə hadisələrdən video paylaşaraq 2021 hərəkatının başladığını yazıb. Zaur Bayramlı ironiya ilə qeyd edib ki, 2 il əvvəl Venesuelada ortalıq qarışanda – müxalifət prezident Maduronu devirmək üzrə olanda, MHP lideri Dövlət Bağçalı onu dəstəkləyən bəyanat verdi: “Və o gün, bu gün Maduro hələ də iqtidardadır. Hörmətli Bağçalıdan bir dəstək bəyanatı da Tramp üçün gözləyirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=159466

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728