Ərdoğan: Putinlə danışdıq, sülhməramlılarsız Qarabağ…

14.01.2021 - 10:29
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Teleqram kanalında Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarına dair məlumat yayıb.
Sfera.az xəbər verir ki, prezidentlər Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.
“Bu gün Rusiya Prezidenti Putinlə telefon danışığımız oldu. Cənab Putin ilə Türkiyə və Rusiya əlaqələrinin gücləndirilməsinə dair çağırışlara yönəlik addımları müzakirə edib, Dağlıq Qarabağ mövzusundakı gəlişmələr ilə atəşkəsə nəzarət olunmasına yönəlik türk-rus ortaq mərkəzinə dair dəyərləndirmələr apardıq.
Türkiyənin bölgədə sabitliyi qoruyacağını və hər cür dəstəyi verməyimizin lazım olduğunu, sülh adına yeni dövrün başladığını söylədik.
Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaratmaq istəyirik. Belə olduqda, inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”, – Ərdoğan bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=159768

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728