Co Bayden Amerikası ilə əlaqələr necə qurulacaq?

23.01.2021 - 10:49

Tural Abbaslı: “Qərb, Amerika Azərbaycanda müxalifəti həmişə satıb”

Siyasi analitiklərin fikrincə, ABŞ prezidenti Co Baydenin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti, növbəti dörd ildə prioritet olaraq əsas strateji xətti Rusiyanın bu regionda mövqeyini zəiflətmək olacaq. Bundan əlavə, yeni administrasiya insan hüquqları və demokratiya mövzusuna  diqqət ayıraraq, bu sahədə yenidən ABŞ-ın beynəlxalq rolunu artıracaq. Bu da bir çox ölkələrə qarşı təzyiq mexanizminin formalaşmasına gətirəcək.

Azərbaycan iqtidarı ilə ABŞ arasında münasibətlər dövlətlərarası münasibətlər səviyyəsində uzun müddətdir sabit və normaldır. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Elman Nəsirov hesab edir ki, Azərbaycan-Amerika münasibətlərinin normal, əməkdaşlıq mühitində olmasında Bakı maraqlıdır. ABŞ üçün də Azərbaycan bölgədə ən vacib ölkədir. Ona görə də yeni ABŞ hakimiyyəti Azərbaycanla, Azərbaycan hökuməti ilə əməkdaşlıqda, əlaqələrdə maraqlı olacaq. Beləliklə, əslində iqtidarın bu məsələdə problemi yoxdur, ABŞ-ın (Pentaqonun) Azərbaycana ehtiyacı var, istəsə belə rəsmi Bakı ilə toqquşma ona sərf etməz.

Qeyd edək ki, Azərbaycan müxalifəti ilə də ABŞ arasında son illərə qədər yaxın əlaqələr, əməkdaşlıq münasibətləri müşahidə olunub. Müxalifətin Amerika ilə kontaktları adətən ABŞ səfiriliyi üzərində qurulurdu. Ancaq son illər bu kontaktlar sanki tam dayanıb. Bəs müxalifət ABŞ-ın yeni iqtidarı ilə necə münasibət qurmağı düşünür?

Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, son dönəmlər müxalifətin Qərb dünyasına başda Amerika olmaqla bütün inam və etimadı itib: “Çünki artıq Azərbaycan müxalifəti də, Azərbaycan xalqı da başa düşür ki, Qərbin, ABŞ-ın ümumbəşəri demokratik dəyərlərə heç bir sədaqəti yoxdur. Onlar ancaq öz maraqları çərçivəsində bu dəyərlədən istifadə edirlər və illərlə özlərinin təbliğ elədiyi dəyərləri öz maraqlarına görə qurban veriblər, satıblar. Buna görə də mən deyərdim ki, Azərbaycanda 80 faiz müxalifət Qərb, Amerika dairələrinə ümidini tam itirib. Odur ki, kontaktlar minimuma enib. Həmçinin kontaktların ən sıx olduğu dönəmlərdə müxalifət Qərbdən, Amerikadan xəyanətdən başqa bir şey görməyib. ABŞ müxalifət üzərindın iqtidarla razılaşma edib həmişə. Yəni Qərb müxalifəti özünün iqtidarla razılaşması, bazarlıq etməsi üçün alver predmeti edib. İstər siyasi məhbuslar, istər seçki, istər digər demokratik dəyərlər məsələsində müxalifəti həmişə satıb. Ona görə də şəxsən bizim ABŞ-la əlaqələr qurmaq niyyətimiz yoxdur”.

T.Abbaslı qeyd etdi ki, daxili siyasəti Avropa və ya Amerika ilə müəyyən edəsi deyillər: “Təbii ki, partiyanın beynəlxalq əlaqələri ola bilər. Xarici dövlətlərdəki partiyalar ilə əməkdaşlıq əlaqələri beynəlxalq əlaqələr baxımdan təbiidir. Amma bu, beynəlxalq məsələlərlə bağlı əlaqələr kimi olmalıdır. Bu, Azərbaycandaxili məsələlər bizim daxili məsələmizdir və bu məsələləri xalq, iqtidar, müxalifət öz aralarında həll eləməlidir. Yəni bizim aramızda üçüncü, dördüncü tərəfin hakimlik etməsinə ehtiyac yoxdur. Ona görə də AĞ Partiya olaraq biz hansısa xarici dövlətlə, onun səfirliyi ilə xüsusi əlaqələrin qurulmasında heç zaman canfəşanlıq etmirik. Əgər sözləri olarsa, özləri müraciət edərlərsə görüşərik. Amma yenə qeyd edirəm, daxili məsələlərimizi yox, beynəlxalq məsələləri müzakirə edə bilərik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160186

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031