Baydenin Ağ Evdə ilk həftəsi: sərt qərarlar, yeni ssenari…

26.01.2021 - 08:31

ABŞ-ın yeni prezidenti terrorizmə qarşı mübarizə barədə üç orqanı təlimatlandırıb, ölkəyə gəliş şərtini ağırlaşdırıb; ekspertlərin fikrincə, Vaşqinton Bakı ilə münasibətdə əvvəlki olmayacaq…

Ağ Evin yeni sahibi Cozef Bayden artıq prezidentlik işinə başlayıb. “Yeni Müsavat”ın xəbərinə görə, Kapitolidəki hadisələrdən sonra ABŞ prezidenti daxili terror səviyyəsinin qiymətləndirilməsi ilə bağlı administrasiyasına təlimat verib.

Qiymətləndirilmə Milli Kəşfiyyat Direktorluğu, FTX və Milli Kəşfiyyat İdarəsi tərəfindən aparılacaq. “Bizə analiz, siyasətimizi formalaşdıra bilən əsas faktlar lazımdır”, – deyə Ağ Evin məlumatında deyilir.

ABŞ prezidentinin ikinci qərarı isə koronavirusun qarşısını almaq məqsədilə Cənubi Afrika Respublikasından ölkəyə gəlişi qadağan etmək niyyətidir.

Ümumiyyətlə, Baydenin imzaladığı sərəncamlar arasında Birləşmiş Ştatlara gəlməyə hazırlaşan bütün şəxslərdən uçuşdan əvvəl COVID-19 xəstəliyinə dair testdən keçmələri, ABŞ-a çatdıqda isə 10 günlük karantində olmalarının tələb olunduğu sərəncamda yer alıb.

78 yaşlı Bayden 36 il senator, 8 il vitse-prezident qismində fəaliyyət göstərdikdən sonra ölkə tarixində ən yaşlı prezident olaraq işinə başlayıb.

Onu Cənubi Qafqaz siyasətində ermənipərəst olacağı ilə xarakterizə edirlər. Bayden prezidentlikdən əvvəl ermənilərə yardımların olunması üzrə təşəbbüskarlardan olub. Prezident postunda da ermənilərə vəzifələr verib.

Təhlilçilər hesab edirlər ki, Qarabağ məsələsində onun mövqeyi Ermənistan hökumətindən yana olacaq. Həmçinin Rusiya və Türkiyəyə təzyiqləri gücləndirəcək.

Oxu.az - İqor Korotçenko: İlham Əliyevin nitqi güclü və təsirli idi

Rusiyalı hərbi-siyasi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib ki, artıq erməni lobbisinin, ABŞ Konqresində erməni lobbiçilərinin funksiyalarını yerinə yetirən şəxslərin fəallaşdığını görməkdəyik:

“Onlar artıq bu ”kartı” oynamağa çalışırlar. Amerikadakı və Rusiya da daxil olmaqla, bir sıra digər ölkələrdəki erməni lobbisi nüfuzlu, maddi baxımdan güclüdür. Ona görə də o, Bayden administrasiyasından Azərbaycana qarşı düşmən siyasi qərarlar vermək üçün istifadə etməyə çalışacaq”.

Korotçenkonun sözlərinə görə, istənilən halda rəsmi Bakı Azərbaycan-ABŞ təmaslarını, diplomatik münasibətlərini kifayət qədər yüksək səviyyədə həyata keçirə biləcək.

Politoloq Zərdüşt Əlizadə:

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, ABŞ heç vaxt əvvəlki vəziyyətə qayıda bilməyəcək. Çünki ABŞ-da son 20-30 ildə ciddi dəyişikliklər baş verib. Söhbət ABŞ-ın iqtisadiyyatından, maliyyə sistemindən, əhalisinin tərkibindən, ideologiyasından, dünyadakı yerindən və digər məsələlərdən gedir.

Z.Əlizadənin fikrincə, Vaşinqton Türkiyə ilə dil tapmağa çalışacaq və buna məcburdur: “Türkiyə böyük dövlətdir, nüfuzu və hərbi gücü var. Üstəlik, mədəni, dini, əxlaqi, bəşəri potensialı olan ölkədir”.

Politoloqun sözlərinə görə, ermənilərin Baydenlə bağlı ümidləri mənasızdır: “Çünki nəzəri baxımdan yanlış xarici siyasət aparırlar. Onların milli ideologiyası çox yanlış və uğursuzdur.

Məncə, onların milli ideologiyası elə olmalıdır ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İranla dost olsunlar. Siz Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdürsünüz, Azərbaycan ərazilərini işğal etmisiniz, viran qoymusunuz. Üstəlik də deyirsiniz ki, Azərbaycan niyə bizə münasibətdə pisdir?

ABŞ adətən bizi qınayırdı ki, sizdə qanunun aliliyi, demokratiya yoxdur, qanunlar işləmir. Amma indi özü dünyanın gözü qarşısında qüsurlar nümayiş etdirdi. Bundan sonra belə məsələləri dilinə gətirməyəcək”.

Şərqdə və Qərbdə insan hüquqları, bu məsələdə din amili: Politoloq Əhəd  Məmmədli şərh edir VİDEOMÜSAHİBƏ

Siyasi analitik Əhəd Məmmədli “Yeni Müsavat”a söylədi ki, Baydenin nümayəndələri Azərbaycanın Qarabağda “işğal siyasəti” haqda danışmağa başlayıblar:

“Artıq 907-ci maddədən danışırlar, maliyyə dəstəyinin kəsməkdən söz açırlar. Bu məsələləri Bayden hakimiyyəti istəyə bilər, çünki Qarabağ məsələsində oyundan kənarda qalıb. İndi Qarabağda ”mən də söz sahibiyəm” deməyə çalışır. Amma Qarabağda yeni reallıq yaranıb və nəyisə dəyişməyə müvəffəq olmayacaqlar”.

Ə.Məmmədli ABŞ-ın bir mövzuda müsbət rolu ola biləcəyini ehtimal edir: “Amerika rus sülhməramlılarının çıxarılmasını tələb edə bilər. Amma yerinə özünün, yaxud Fransa sülhməramlılarının Qarabağa yerləşdirilməsi daha təhlükəlidir. Rus ordusunu çıxarmaq olur, onları Qarabağdan çıxarmaq çətin olacaq”.

Ramiyə Məmmədova: “ABŞ yetərincə demokratik deyil”

Siyasi şərhçi Ramiyə Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Tramp hakimiyyəti dövründə Bakı ilə münasibətlər ürəkaçan deyildi. Onun sözlərinə görə, Bayden dönəmi də tam olaraq mehriban şəraitdə keçməyəcək, lakin gərginlik, sıxma-boğma da bir o qədər gözlənilmir.

“ABŞ öz demokatik imicini yaxşılaşdırmağa çalışmalıdır. Bayden başqa ölkələrə demokratiya dərsi keçməyə, ”dədə qorqud”luq etməyə tələsməyəcək.

Digər tərəfdən, Azərbaycanı nə ilə sıxışdırmaq olar ki? BMT-nin 4 qətnaməsini Ordumuz icra edib, Bakı Qərblə enerji əməkdaşlığını genişləndirir, indi ölkənin siyasi və hərbi qüdrəti əvvəlki illərdən fərqlənir”.

Ekspert Vaşinqtonun Ankara və Moskvaya görə Bakıya da təzyiq göstərəcəyini istisna etmir: “Amerikanın Cənubi Qafqaz ssenarisi Rusiyanın regionda təsirlərini azaltmaq niyyəti güdə bilər. Amma Baydenin daha qlobal hədəfi Çindir. Dünyada onun əsas rəqibi bu ölkədir.

Biz gəldikdə isə Azərbaycan hakimiyyəti böyük dövlətlərlə bağlı düzgün xarici siyasət qura bilib.

Son müharibə də bunu göstərdi, parlaq şəkildə nümayiş etdirdi ki, Azərbaycanın dünyanın böyük dövlətləri ilə qurduğu siyasət düzgün siyasətdir. Fikrimcə, bu siyasət də kəskin dəyişməyəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160280

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031