Robert Köçəryandan Qarabağ etirafı

07.02.2021 - 10:49
“Əsas qayğısı “Facebook”da bəyənmə sayı olan insanların küçəyə çıxdıqları rəsmi Yerevan diplomatik siyasətdə uğursuzluqlar yaradıb”.
Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Sputnik Armenia”ya müsahibəsində bildirib.
“Bir sıra qərarlar yanlış idi. Onları iki mərhələyə bölmək lazımdır – müharibəyə qədər qəbul edilənlərin hamısı, həm də müharibənin gedişatında qəbul olunanlar”, – Köçəryan “Qarabağda müharibənin nəticəsini nə müəyyən etdi” sualına cavabında deyib.
O qeyd edib ki, səbəblər arasında diplomatik cəbhədə tam müvəffəqiyyətsizliklər də var.
“Danışıqlar dalana dirənmişdi, diplomatiyaya yer yox idi. Ancaq bu, siyasi təcrübəsi, geosiyasi reallıqlar haqqında təsəvvürləri olmayan insanların hakimiyyətə küçədən gəlmələrinin qanunauyğun nəticəsidir. Bugünkü günlə yaşayan, əsas qayğıları “Facebook”da layk olan insanlar”, – Ermənistanın keçmiş prezidenti bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=160739

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728