Qarabağ klanının hakimiyyətə yolu bağlanıb – Bakını da məmnun edən 2 dəmir səbəb

09.02.2021 - 15:15

Erməni xalqı Paşinyanın istefasından ehtiyatlanır ki, müharibə təzədən qızışar; Moskva isə “keçiddə atları dəyişməyi” riskli sayır, çünki…

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu parlamentdəki “Mənim addımım” hakim blokun üzvləri ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu ölkədəki müharibə sonrası vəziyyət və erkən parlament seçkiləri ilə bağlı olub. Paşinyan orada belə bir cümlə işlədib ki, hazırda növbədənkənar seçkilərə ictimai sifariş yoxdur. Yəni narazı xalq yeni seçkilərə maraq göstərmir.

Xatırladaq ki, Nikol Paşinyan ölkədəki gərgin siyasi ab-havanı yumşaltmaq üçün erkən seçkilərə getməyə hazır olduğunu, bunu hətta yazda reallaşdıra biləcəyini bəyan edib. Lakin müxalif qüvvələr təklifdən imtina edir və yalnız “İstefa!” deyir. Fevralın 18-nə növbəti kütləvi aksiya təyin edən opponentləri Paşinyan iqtidarı dövründə obyektiv seçki olmayacağını əsas gətirirlər. Analitiklərə görə isə səbəb başqadır: müxalifət sadəcə, qalib gələ biləcəyinə əmin deyil. Çünki elektorat hazırda məyus və parçalanmış durumdadır.

Erməni xalqı eyni zamanda 44 günlük müharibədə kapitulyasiyaya görə təkcə mövcud hakimiyyəti yox, on illərlə yanlış Qarabağ siyasəti aparan öncəki iqtidarları, xüsusən də 3 ildir siyasi revanş hissi ilə alışıb-yanan Robert Köçəryan və Serj Sərkisyanın başçılıq elədiyi Qarabağ klanını – 20 illik korrupsioner xunta rejimini da suçlu bilir, hansılar ki, indiki üsyançı müxalifətin əsasını təşkil edir.

Təsadüfi deyil ki, müxalifət 10 noyabrdan sonra hökumətə qarşı kütləvi etiraz dalğasına nail ola və Paşinyanı hakimiyyətdən sala bilmir. Ölkədə hakimiyyəti dəyişməyin başqa konstitusion yolu isə parlamentdə baş naziri digəri ilə əvəzləməkdir ki, ona da hakim fraksiya – “Mənim addımım” imkan vermir…

*****

Beləcə, ölkədə ilk baxışda siyasi pat vəziyyəti yaranıb və bu da ən çox elə Paşinyan iqtidarının əlinə işləyir. Ən çox isə Qarabağ klanına sərf eləmir. Artıq situasiyanı öz xeyrinə dəyişmək üçün sabiq prezident, iki ildir 1 mart 2008-ci il qanlı hadisələrinə görə istintaq altında olan Xocalı hərbi canisi Robert Köçəryan hərəkətə keçmək qərarı verib. Köçəryan rəsmən böyük siyasətə qayıtdığını bildirib və olduqca iddialı açıqlamalar səsləndirib.

Məsələn, deyib ki, komandası ilə erkən seçkilərə hazırdır və seçkilərdə qələbə çalacağına şübhə eləmir. Keçən həftə Moskvada olarkən verdiyi müsahibədə isə o bəyan edib ki, “əgər 2020-ci ildə hakimiyyət başında özü olsaydı, müharibə baş verməz, ən azından, Ermənistan savaşdan məğlub çıxmazdı”.

Əlbəttə ki, “əgər” sözü ilə başlayan bu qəbil bəyanatlar ən əvvəl ictimai rəyi çaşdırmağa və öz tərəfinə çəkməyə, həmçinin Paşinyanı daha da gözdən salmağa yönəlib. Halbuki bir çox ekspertlər buna da əmindirlər ki, hakimiyyətdə Qarabağ klanı olsaydı belə, müharibə qaçılmaz idi, çünki sülh danışıqları Ermənistanın bütün iqtidarlarının maksimalist tələbləri üzündən dalana dirənmiş, Azərbaycanın səbri tükənmişdi. “Məxməri” baş nazir, sadəcə, bu səbri daşıran axırıncı damla oldu. Ən önəmlisi, deyəsən, bunu erməni xalqı da anlayıb.

köçəryan ile ilgili görsel sonucu

Bu və digər səbəbdən Köçəryan və bandasının hakimiyyət revanşı, yumşaq desək, çox dumanlı görünür. Həm də o səbəbə ki, bu dəqiqə nəinki Qərb, rəsmi Moskva da Ermənistanda hakimiyyət dəyişikliyinə maraqlı görünmür. Ona görə ki, 10 noyabr üçtərəfli sazişin tam həcmdə reallaşması Rusiyaya da, Qərbə də lazımdır və “keçiddə atları dəyişmək” bu səbəbə ən çox Kreml üçün təhlükəli ola bilər…

*****

Rusiya bu gün bölgədəki nəqliyyat əlaqələrinin açılması təşəbbüsünün ile ilgili görsel sonucu

“Rusiya bu gün bölgədəki nəqliyyat əlaqələrinin açılması təşəbbüsünün reallaşmasını fəal şəkildə təbliğ edir. Bu planların həyata keçməsi üçün isə Ermənistanda hökumətin indiki kimi ciddi parlament çoxluğuna əsaslanaraq qorunub saxlanması Kremldən ötrü obyektiv olaraq daha məqbuldur”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Moskvadakı Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov Köçəryanın siyasətə qayıtmaq istəməsini rusdilli Vesti.az saytına şərh edərkən deyib.

Onun sözlərinə görə, erkən seçkilər olacağı təqdirdə ölkə parlamentinin tərkibi böyük ehtimalla daha heterogen (qarışıq) olacaq və istənilən yeni hökumətin qanunverici orqandakı dəstəyi indikindən zəif və az sabit olacaq. “Ona görə Moskvanın Ermənistanda hökumətin qısa zamanda dəyişməsində maraqlı olacağı ehtimalı obyektiv olaraq azdır”, – deyə rusiyalı ekspert vurğulayıb.

Mixail Neyjmakov ile ilgili görsel sonucu

Mixail Neyjmakov

Politoloq Paşinyanın rəqiblərinin küçə etirazlarının təzyiqi altında onu indiyədək istefaya vadar edə bilməməsinə də diqqət yönəldib: “Çox güman ki, 18 fevrala elan edilən mitinq də prinsipial olaraq, heç nəyi dəyişməyəcək. Gələn məlumatlara görə, ümumiyyətlə, Ermənistan sakinlərinin əhəmiyyətli bir hissəsi hazırkı baş nazirin istefası halında mənfi nəticələrdən qorxur və bu səbəbə müxalifətin çox sərt tənqidinə səbəb olmuş məsələlərdə belə, birmənalı olaraq sonuncuya dəstək verməyə tələsmir”.

Analitikə görə, bu, məhz o vəziyyətdir ki, vətəndaşların kifayət qədər böyük hissəsi hakimiyyəti dövründə hərbi məğlubiyyət yaşanmış lideri “cəzalandırmağa” deyil, əksinə, daha böhranlı durumun yaranmaması naminə son qarant kimi ondan möhkəm yapışmağa üstünlük verir. “Həmçinin Ermənistan sakinlərinin əhəmiyyətli kəsimi qorxur ki, revanş sifarişi tezliklə silahlı qarşıdurmanın yenidən başlamasına gətirə bilər. Bəlkə də Paşinyanı daha böyük siyasi problemlər o vaxt gözləyəcək ki, son Qarabağ müharibəsinin yekun nəticələrinin yaratdığı şokun Ermənistan ictimaiyyətinə təsiri azalacaq”, – deyə politoloq əlavə edib.

*****

Azərbaycana gəlincə, Nikol Paşinyanın iqtidarda qalması hələlik Bakıya da sərfəlidir. O səbəbə ki, bu gün milli maraqlarımız baxımından Ermənistanda Paşinyandan daha sərfəli siyasi fiqur üfüqdə görünmür…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160983

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930