10 noyabr anlaşmasının üç ayı: nələr dəyişdi, nələr qaldı…

11.02.2021 - 10:37

Deputat: “Üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla və mərhələli şəkildə icra olunur”

44 günlük II Qarabağ savaşında Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr razılaşmasının 3 ayı tamam oldu. Bu müddət ərzində üçtərəfli anlaşma ətrafında ən müxtəlif müzakirələr yarandı, eyni zamanda yaranan müxtəlif suallara cavab axtarıldı. İlk günlərdə cəmiyyətdə müəyyən narahatlıqlar da vardı.

Amma son üç ayda Qarabağda çox şeyin dəyişdiyinin hər kəs şahidi oldu. Amma bununla yanaşı, dəyişilməli olan bir çox məsələlərin qaldığı da sirr deyil.

Ekspertlərin bir çoxu  anlaşmadakı bəzi bəndlərin həyata keçmədiyini bildirir və bundan narahatlıqlarını ifadə edirlər. Bu problemlərin nə zaman həll olunacağı barədə isə ən müxtəlif fikirlərə, proqnozlara rast gəlirik.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bu məsələyə dair nikbin danışdı: “Üçtərəfli bəyanatdan 3 ay keçir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, müharibələr tarixində cəmisi  44 gün kimi qısa müddətdə belə həlledici nəticələr əldə etmək  və belə mürəkkəb bir problemə sadəcə bəyanat vasitəsilə ona son qoymaq görünməmiş bir hadisədir. Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı 100 il mövcud olmuş problemi bu şəkildə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı. Beləliklə, nə qədər güclü dövlət olduğunu bütün dünyaya, hər şeydən öncə isə düşmənə sübut etdi.

Hikmət Babaoğlu ile ilgili görsel sonucu

Hikmət Babaoğlu

Elə üçtərəfli bəyanatda öz əksini tapan 9 maddəlik bəndlərin icra olunması da eyni uğurla həyata keçirilməkdədir və bu  proses sürətlə davam edir. Ən kritik və çətin mərhələ artıq arxada qalıb. Bu, noyabr ayının 10-dan  sonrakı 20 gündə Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun olaraq işğaldan azad olunması idi ki, bu vaxtında yerinə yetirildi. Yəni 20 gün müddətində dekabr ayının birinə qədər Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının geridə qalan təqribən yarı hissəsini də azad etdi”.

Deputat növbəti vacib məqamları xüsusilə vurğuladı: “İkinci mürəkkəb və strateji məsələ Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası məsələsi idi ki, bu da artıq həyata keçirilməkdədir və əlavə razılaşmalarda öz əksini tapıb. Üçüncü, Türkiyə-Rusiya ortaq nəzarət qərərgahının yaradılması idi ki, bu da artıq baş tutub. Hazırda isə erməni icması içərisində olan silahlıların və terroristlərin təmizlənməsi, Ermənistana aid olan silahlıların erməni icmasının kompakt yaşadığı ərazilərdən çıxarılması prosesi  gedir. Azərbaycan tərəfi buna ciddi nəzarət edir və son nəticə əldə edilənə qədər də bu davam edəcək. Hazırda azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür və ən optimal müddətdə bu da təmin ediləcəkdir . Önümüzdəki  mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat koridorunun  yaradılması istiqamətində fəaliyyətlər başlayacaq. Ümumiləşdirməyə çalışsaq görünən mənzərə odur ki, hər şey Azərbaycanın nəzarəti altındadır və kiçik insidentlər  istisna  olmaqla, üçtərəfli bəyanatda əksini tapan müddəalar  uğurla icra olunur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161149

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728