Navalnı tərəfdarları Putinə “14 fevral” hücumu, 4 dövlət isə sanksiya hazırlayır

11.02.2021 - 15:56

“Valentin günü” həbsdə olan müxalif fəala passiv dəstək aksiyası planlaşdırılır, Baltikyanı ölkələr və Polşa isə Rusiyanı sıxmağı hədəfləyib, effektiv olacaqmı – politoloqların şərhi…

Müxalif siyasətçi Aleksey Navalnıya dəstək məqsədilə növbəti etiraz aksiyaları fevralın 14-nə planlaşdırılır.

“Yeni Müsavat”ın məlumatına görə, Navalnının regional qərargah şəbəkəsinin rəhbəri Leonid Volkov belə söyləyib. O, aksiyanın tamamilə fərqli formatda olacağını açıqlayıb: “Hər şeyi daha məharətli şəkildə edəcəyik və polislə birbaşa qarşıdurma olmamasına çalışacağıq, bundan qaçacağıq”.

Volkov daha sonra aksiyanın formatını izah edib: “Navalnının qərargahı Rusiyanın böyük şəhərlərinin bütün sakinlərini fevralın 14-də axşamı, düz saat 20.00-da bir sadə işi görməyə dəvət edir. Həyətinizə çıxın. Telefonunuzdakı fənəri açın, yuxarı qaldırın və bir neçə dəqiqə belə dayanın”.

Rusiyada yanvarın 23-də, 31-də, fevralın 2-də keçirilən etiraz aksiyaları polisin sərt müdaxiləsi və Rusiyanın müasir tarixində rekord kütləvi həbslərlə müşayiət olunmuşdu.

Polis etirazçılara qarşı hətta bəzən saxlanılanların müqavimət göstərmədiyi yerlərdə belə elektoşok silahlardan istifadə etmişdi.

Levada Mərkəzinin keçirdiyi son sorğuya görə, hər beş sakindən biri Navalnının fəaliyyətini bəyənir. Sosioloqlar rusların əksəriyyətinin (68%) son hadisələr – onun qayıdışı və sonrakı həbsi, “Putin sarayı” ilə əlaqədar film və mitinqlərə görə Navalnıya qarşı münasibətinin dəyişmədiyini bildirir.

Volkov fevralın 4-də növbəti etiraz aksiyalarının yalnız bu yaz baş verəcəyini bildirmişdi. Yanvarın sonunda Volkova qarşı yeniyetmələrin razılaşdırılmamış mitinqlərdə iştirakına razı olduğu üçün cinayət işi açılıb. O, hazırda ölkə xaricindədir, Rusiyada isə axtarışa verilib.

Fevralın 5-də Navalnının qərargahının rəhbərinin valideynlərinin evində axtarış həyata keçirilib. İndi isə Volkov passiv etiraza dəvət edir. Navalnının “qış hücumu” hansı nəticəni verəcək, bilinmir. Amma fənərləri yandırıb səssiz etiraz etmək bir qədər geri çəkilmək əlamətidir. Yeri gəlmişkən, Litva, Latviya, Estoniya və Polşa Rusiyaya qarşı sanksiyalar paketi hazırlayır. Bunu Litvanın xarici işlər naziri deyib.

Sanksiyalar Aleksey Navalnının həbsi ilə əlaqədar tətbiq ediləcək. Amma effektiv olacağı sual doğurur. Çünki Rusiyaya ən nəhəng dövlətlərin və qurumların sanksiyaları olub.

Politoloq Cümşüd Nuriyevin ile ilgili görsel sonucu

Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyada ciddi dəyişiklik olacağını gözləyir. Onun fikrincə, Putin administrasiyası siyasi, hüquqi, iqtisadi müstəvidə Rusiyanı ABŞ-a uduzdurur. Ekspert hesab edir ki, Navalnının yaxşı sosial bazası, maliyyə resursları var: “Həmçinin, Putinin yürütdüyü əzazil siyasət əhalini bezdirib, xalq kasıblaşıb, rusların qanunsevər olması Rusiya prezidentinin əleyhinə çevrilib”.   C.Nuriyev hesab edir ki, Rusiyada 1 il ərzində ciddi dəyişikliklərə şahid olacağıq: “Cord Fridman var, Mərkəzi Kəşfiyyat İdarəsində işləyib.  Onun “Növbəti 10 il” əsəri yeni çapdan çıxıb. Həmin kitabda strateji olaraq Rusiyanı çökdürmək planından söhbət gedir. Burada üç dövlətdən istifadə ediləcək – Türkiyə, Yaponiya və Polşa…

İndi Polşanın aktivləşməsi, sanksiyalara hazırlaşması Rusiya üçün kifayət qədər problem yaradır. Trampın dövründə müəyyən qədər neytrallaşdırılmışdı, Baydendən sonra “Biz geri qayıdırıq” şüarı irəli sürürlər. Ona görə Amerika dünyada “dirijor çubuğu”nu ələ keçirmək üçün çalışacaq. Eyni zamanda Bayden Çinlə işləyir və bu istiqamətdən də Rusiyanı çökdürməyə çalışacaqlar. Ümumiyyətlə, dünya resurslarının dörddə biri Rusiyadadır. Orada olan korrupsiya isə heç yerdə yoxdur. Odur ki, Rusiya ilə bağlı üçüncü dalğa gəlir və başında Navalnı dayanır”.

Ramiyə Məmmədova ile ilgili görsel sonucu

İstanbulda yaşayan siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Navalnı ilə bağlı hərəkat Rusiyada görünməmiş etiraz dalğasıdır: “Biz etirazlarda Rusiya gəncliyini görürük. Onlar təkcə Navalnının həbsinə yox, mövcud sistemə etiraz edirlər, belə yaşamaq istəmirlər. Rusiya gəncləri Avropa və Amerika ilə maraqlanırlar, fərqləri müqayisə edirlər. Eyni zamanda biz Nemtsova olmayan dəstəyi Navalnıya görürük. Nemtsov da liberal gəncliyin parlaq siyasətçisi idi.  Ancaq Navalnı millətçi düşüncəyə sahib olsa da, onun antikorrupsiya fəaliyyəti, faktlarla işləməsi, ardınca sui-qəsd, həbs həyatı Rusiya ictimai həyatında reytinqini yüksəldib. Əlbəttə ki, 14 fevral aksiyaları Rusiyada hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Lakin Putin iqtidarı gedişatı izləyir, təhlil edir, nəticələr çıxarır”.

Ekspert hesab edir ki, Rusiya Qərbdən yeni sanksiyalara hazır olmalıdır: “Rusiya cəmiyyəti 20 ildir hakimiyyətdə olan Putindən yorulmağa başlayıb. Navalnı ən maraqlı müxalifət lideri kimi tanınır. Onun başına gətirilənlər Rusiya cəmiyyətindəki həm sıravi şəxsləri, həm indiyə qədər danışmayan qrupları – idmançıları, sənət adamlarını və digər qrupları hiddətləndirdi.  Lakin aksiyaların hazırkı durumu ilə bağlı onu demək olar ki, hələ Putin iqtidarına qarşı təhlükə yaradacaq həddə çatmayıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161219

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728