Lavrov Böyük Turandan danışdı

20.02.2021 - 11:09

Rusiya XİN başçısı Sergey Lavrov “RBK” kanalına müsahibə verib.

Rusiya və Belarusun inteqrasiyası ilə bağlı rus diplomat irəli qaçmağın mənası olmadığını və iki ölkə prezidentinin razılaşdığı kimi məsələnin həllini tapacağını bəyan edib. Qərb ölkələrini rusofobiyada ittiham edən Lavrov Putinin Qarabağ məsələsində vasitəçiliyindən də danışıb.

“Putinin Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasından sonra hamı təşvişə düşdü. “Onlarsız bu necə ola bilər?” sualını verdilər. İndi çoxları bu bölgəyə nüfuz etməyə və fəaliyyətlərini artırmağa çalışır”, – deyə Rusiya XİN başçısı bildirib.

Böyük Turan haqqında da fikir bildirən Lavrov Türkiyənin belə bir hədəfi olduğunu düşünmədiyini dilə gətirib.

“SSRİ-nin tərkibində olmuş və indi müstəqil dövlət olan ölkələrin də bu fikri hər hansı şəkildə dəstəklədiyini görmürəm”, – deyə nazir söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161545

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31