Prezident ermənilərin terrorçu xislətini yenidən ifşa etdi – Deputat

16.04.2021 - 18:16

 

Prezident ermənilərin terrorçu xislətini yenidən ifşa etdi – Deputat

 

“Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda ermənilərin barbarlıq, terrorçu xislətini yenidən ifşa etdi”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Millət vəkili bildirib ki, ölkə başçısı gecə vaxtı Gəncə şəhərinə qarşı ballistik raketdən istifadənin ermənilərin barbarlığını açıq-aydın nümayiş etdirdiyini vurğuladı: “Bu ballistik raketin hədəfi var idi. Onun yaşayış yerinə düşməsi təsadüf deyil. Bu, insanların gecə yatdığı vaxt həyata keçirilən məqsədli hücum idi və hərbi əməliyyatlardan uzaqda yerləşən Gəncə bir neçə dəfə raket hücumuna məruz qaldı. Ümumiyyətlə, müharibə dövründə Azərbaycanın müxtəlif şəhərləri hər hansı legitim hədəflər müəyyənləşdirilmədən raket zərbələrinə məruz qalırdı. Burada da yalnız bir məqsəd var idi – mülki insanları öldürmək, onlar arasında maksimum dərəcədə tələfata nail olmaq, təşviş, qorxu yaratmaq”.

Pərvin Kərimzadə söyləyib ki, beynəlxalq hüquq və sənədlərə görə, ermənilərin müharibə zamanı mülki əhaliyə qarşı etdikləri terrordur: “Dinc əhalini, mülki vətəndaşları atəş altında saxlayan erməni hərbçiləri Azərbaycanın döyüş bölgəsindən xeyli kənarda yaşayan insanları məqsədli şəkildə hədəfə alaraq terrorçu mahiyyətlərini bir daha təsdiq etdilər. Müharibə zamanı beynəlxalq ictimaiyyət erməni barbarlığının şahidi oldu”.

Deputat bildirib ki, Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranmağı bacardı: “Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi də aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davrandılar və mülki vətəndaşlara zərər yetirmədilər. Azərbaycan haqq mübarizəsi apardı, tarixi ədaləti bərpa etdi. Tarixin şərəfli anlarını yaşadığımız dövrdə bir daha əmin olduq ki, müstəqilliyimiz əmin əllərdədir, xalqımızın milli birliyi sarsılmazdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162371

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31