Əgər Bayden “soyqırımı” ifadəsini işlədərsə… – Aqil Abbas AÇIQLADI

22.04.2021 - 16:47

 

Əgər Bayden “soyqırımı” ifadəsini işlədərsə... - Aqil Abbas AÇIQLADI

 

Qarşıdan 24 aprel gəlir. Ermənilərin hər il hay-şüvən saldığı, tarixdə olmamış soyqırımıdan söhbət gedir. Ehtimal olunur ki, ABŞ Prezidenti Co Bayden qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirəcəyi müraciətdə “soyqırımı” ifadəsini işlədəcək. Xarici ekspertlər belə düşünür.

Əgər bu baş verərsə, ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrinə ciddi zərbə dəyə bilər. Üstəlik, Birləşmiş Ştatlar NATO çərçivəsində Türkiyə ilə müttəfiqdir. Azərbaycanla isə Əfqanıstan və bir sıra strateji məsələlərdə tərəfdaşlıq edir.

Millət vəkili Aqil Abbas açıqlamasında söyləyib ki, yeni Prezident seçilmiş Co Bayden “soyqırımı” ifadəsini işlədə bilməz. Deputatın fikrincə, bu, Türkiyə-ABŞ münasibətlərinə əməlli-başlı zərbə olar:

“Əvvəla, tarixdə belə bir soyqırımı olmayıb. Bayden də Amerika kimi ölkənin prezidentidir. Bütün bunları yaxşı bilir. Əgər “soyqırımı” ifadəsini işlədərsə, ilk növbədə bu, onun özünə və Amerikaya böyük bir zərbə ola bilər. Mən belə düşünürəm. Hesab edirəm ki, Bayden “soyqırımı” ifadəsini işlədə və onu “tanıya” bilməz. Qondarma “soyqırımı”nın ABŞ-ın hansısa ayrı-ayrı ştatlarının tanıması da boş-boş şeylərdir. Co Baydenin “soyqırımı”nı tanıması Azərbaycan və Türkiyə tərəfdən ABŞ-a böyük zərbə ola bilər. Hətta Türkiyə NATO-dan çıxa bilər. O zaman da Birləşmiş Ştatlar üzü üstə yerdə qalacaq. Çünki ABŞ-ın əsas gücü Türkiyədədir. Birləşmiş Ştatların quru qoşunları Türkiyədir. Ümumiyyətlə, NATO-nun içərisində ən güclü, nizam-intizamlı, döyüş qabiliyyətinə məxsus ordu Türkiyənindir. Yəni ABŞ bundan imtina edərsə, Rusiyaya da uduza bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162594

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31