Ərdoğandan BAYDENƏ CAVAB: “Bütün dəlillər Qarabağdadır…”

26.04.2021 - 21:13

 

Ərdoğandan BAYDENƏ CAVAB: "Bütün dəlillər Qarabağdadır..."

 

Türkə, türk millətinə “soyqırımı” ifadəsini yapışdıra bilməzsiniz, bütün dəlillər Qarabağdadır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımının ildönümü” münasibətilə “soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

Ölkə lideri deyib ki, Ermənilərin Dağlıq Qarabağ və Azərbaycan şəhərlərində etdikləri göz qabağındadır:

“Minsk Qrupu üçlüyü yaradılmışdı. Bu qrupda kimlər vardı? Amerika, Rusiya və Fransa. Bu ölkələr 30 il ərzində Qarabağı işaldan qurtara bilmədi və 1 milyondan çox azərbaycanlı qardaşlarımız nə yazıq ki, öz yurlarını tərk etmək məcburiyətində qaldı. Bütün Qarabağ yandırıldı, dağıdıldı. Əgər “soyqırımı” deyirsinizsə, güzgüyə baxın. Bütün dəlillər Qarabağdadır. Bütün bunlar ortadaykən, sizlər qalxıb türkə, türk millətinə “soyqırımı” ifadəsini yapışdıra bilməzsiniz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=162763

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728