Həsənquliyev: “Baydenin yuxudan oyanan vaxtıdır”

“ABŞ-ın sabiq prezidenti Donald Tramp Co Baydeni yuxulu adam adlandırırdı. Gerçəkdən də cənab Baydenin yuxudan oyanması lazımdır”.
Bu fikirləri Milli Məclisdə çıxışı zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev səsləndirib.
Millət vəkili qeyd edib ki, ABŞ-ın qərəzli mövqeyinə əvvəllər də şahid olublar: “Amerika ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə, xalqımıza qarşı soyqırımı törətməsinə heç vaxt münasibət açıqlamadı. Əksinə, 90-cı illərdə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. İndi Baydenin ağsaqqal dövrüdür və dünyada sülh üçün işləməlidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=162805