Azərbaycan sərhədçiləri irəlilədi: Paşinyan ailəsi ilə birlikdə hökumət binasına sığındı

19.05.2021 - 18:58

 

Azərbaycan sərhədçiləri irəlilədi: Paşinyan ailəsi ilə birlikdə hökumət binasına sığındı

 

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 15-də ailəsi ilə birlikdə hökumət binasında gecələyib.

Bu barədə “168.am” saytı etibarlı mənbələrinə istinadən yazır.

Məlumata görə, polis qüvvələri gecə boyunca baş nazirin keşiyini çəkib. Lakin Paşinyanın ailəsi ilə birlikdə niyə hökumət binasında qalmasının səbəbləri açıqlanmır.

Sayt yazır ki, Paşinyanın bu addımının səbəbləri sərhəddə baş verənlər ola bilər.

“Sərhəddə gərginlik yaşandıqdan sonra “Manax” kimi tanınan Artur Ayvazyan öz dəstəyi ilə Sünikin Teğ kəndində yolu bağladı və hökumətin əhalidən topladığı silahları geri qaytarmasını tələb etdi. Mayın 15-də “Manaxı” həbs etdilər. Mayın 17-də Paşinyan Təhlükəsizlik Şurasının iclasında sərhəddə baş verənlər haqda danışdı. Görünür, Paşinyan daxildə etirazlardan qorxduğu üçün hökumət binasında gecələyib”, – sayt qeyd edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=163696

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31