Prezidentə təbrik məktubları gəlməkdə davam edir

26.05.2021 - 16:46

 

Prezidentə təbrik məktubları gəlməkdə davam edir

 

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Serbiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır və ölkənizə tərəqqi, vətəndaşlarınıza yüksək rifah diləyirəm.

Əminəm ki, qarşıdakı dövrdə ölkələrimiz arasında dialoqu ən ali və ən yüksək səviyyədə intensivləşdirəcəyik, bu da strateji münasibətlərimizi daha güclü, daha dinamik və daha yaxşı vəziyyətə gətirəcək.

Cənab Prezident, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək üçün birlikdə çalışacağımıza çox inanıram. Bu baxımdan, Azərbaycan Respublikasındakı yeni səfirimiz Draqan Vladisavljeviçin ümumi münasibətlərimizin dərinləşməsinə öz töhfəsini verəcəyinə əminəm.

Həmçinin ikitərəfli münasibətlərimizin iqtisadi aspektinə xüsusi diqqət yetirdiyimizi vurğulamaq istərdim. Bu səbəbdən Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin Azərbaycan Respublikasına qarşıdakı səfəri zamanı keçiriləcək Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, altıncı iclasını səbirsizliklə gözləyirik.

Fürsətdən istifadə edərək bu ilin oktyabrında Belqradda Qoşulmama Hərəkatının ilk konfransının 60-cı ildönümünü qeyd etmək təşəbbüsümüzə müsbət yanaşdığınıza görə təşəkkür edirəm. Görüşümüzü səbirsizliklə gözləyirəm, əminəm ki, bu, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etmək üçün əla bir fürsət olacaq.

Qondarma Kosovonun birtərəfli elan edilmiş müstəqilliyi ilə bağlı mövqelərimizi anlayışla qarşıladığı üçün Azərbaycan Respublikasına minnətdarlığımı bildirirəm. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəklədiyimizi bir daha vurğulamaq istərdim.

Cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm”.

 

xxx

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında qədim dostluq əlaqələri mövcuddur. İkitərəfli münasibətlərimizin gələcək illərdə daha da güclənəcəyinə və şaxələnəcəyinə əminəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

 

xxx

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram”.

Short URL: http://www.cumhuriyyet.net/?p=163958

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31