Şentopdan çağırış: Qarabağa gedin…

28.07.2021 - 08:49

 

Şentopdan çağırış: Qarabağa gedin...

 

“Biz dünya ölkələrinin hökumət rəsmilərini, diplomatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini, alimləri, jurnalistləri 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinə səfər etməyə çağırırıq. Əminəm ki, azad edilmiş torpaqlara gələn xarici nümayəndələr erməni vandallığına da yaxından şahid olacaqlar”.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “HaberGlobal” televiziyasına eksklüziv müsahibəsində deyib.

M.Şentop Qarabağda yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə qarşı erməni vandallığını kəskin pisləyib: “Şuşada vəziyyət müəyyən qədər normaldır. Ancaq digər işğaldan azad edilmiş rayonlardakı acınacaqlı vəziyyət ermənilərin özlərini dünya ictimaiyyətinə sülhsevər kimi təqdim etmək niyyətini puça çıxarır”.

O, Şuşaya səfərinin məqsədini də açıqlayıb: “Bizim niyyətimiz dünyanın diqqətini Azərbaycanın azad edilmiş ərazilərinə çəkmək və həqiqətləri görməsinə nail olmaqdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=165414

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31