“Bunun siyasi əhəmiyyəti böyükdür” – Deputat

07.08.2021 - 12:25

 

"Bunun siyasi əhəmiyyəti böyükdür" - Deputat

 

“Çıraqov qardaşlarının Avropa Məhkəməsində qaldırdıqları Ermənistanın onların Laçın rayondakı əmlakına vurduqları ziyana görə təzminatın ödənilməsi ilə bağlı qərarının ilk növbədə siyasi əhəmiyyəti böyükdür. Baxmayaraq ki, bu təzminat 6 ildir ki, ödənilmir, amma bu həm də Ermənistanın 30 ildə torpaqlarımızı işğal etməklə vurduqları maddi və mənəvi ziyanlarına görə təzminatlarının ödətdirilməsi üçün Avropa Məhləməsinə müraciət etmək üçün bir təcrübə olduğunu hesab edirəm”.

Bunu çıqlamasına Milli Məclisin deputatı Azər Badamov deyib.

Milət vəkili bildirib ki, hal hazırda Ermənistanın və onlarla iş birliyi olmuş beynəlxalq şirkətlərin ölkəmizə vurduğu maddi və mənəvi ziyanların təhlili, sənədləşdirilməsi və beynəlxalq məhkəmələrdə iddiaların qaldırılması üçün hüquqi səndləşmə prosesləri davam edir:

“Bu proseslərdə təcrübəsi olan beynəlxalq ekspertlər iştirak edirlər. Bütün məsələlər beynəlxalq məhkəmələrə müraciət olunması üçün hüquqi cəhətdən əsaslandırılır. Düşünürəm ki, yaxın gələcəkdə Ermənistan və onlarla işbirliyi quraraq Azərbaycanın təbii sərvətlərini talayan beynəlxalq şirkətlər beynəlxalq məhkəmələrin qabağına çıxacaqlar. Ödəniləcək təzminatların məbləğləri müəyyənləşdiriləcəkdir. Bu mərhələdə birinci növbədə təzminatların ödənilməsi ilə bağlı beynəlxalq məhkəmələrin qərarların çıxartdırıması vacibdir. Bu gün Çıraqovlar Avropa Məhkəməsində udduqları iddiasına görə Ermənistandan təzminat ala bilməsələr də zaman gələcəkdir ki, bütün təzminatların ödənilməsinə məcbur olcaqlar. Biz hələ hüquqi müstəvidə bu prosesləri xeyrimizə qərarların çıxarılmasına nail olmayıq. Təzminatların ödətdirilməsi isə məsələnin digər tərəfidir. Təəssüf ki, Avropa Məhkəmisi Çıraqov qardaşlarına təzminatın ödətdirilməsi üçün bu gün Ermənistana təzyiq göstərmir. Amma zaman gələcəkdir ki, həm Çıraqov qardaşlarına, həm də Azərbaycana vurduqları bütün ziyanlarına görə Ermənistana təzminatların ödətdirilməsinə nail olacağıq. Bunun müxtəlif yolları var. Amma həm də zamana ehtiyac var ki, bu yollardan istifadə edilərək Ermənistanı məcbur edək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=165724

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31