Rusiya MN-in təhlükəli açıqlaması: Qarabağda nə baş verir?

13.08.2021 - 09:12
Rusiya MN-in təhlükəli açıqlaması: Qarabağda nə baş verir?

Rusiya Müdafiə Nazirliyinin Qarabağda baş verənlərlə bağlı məlumatı Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təxribatdır.

“Avqustun 11-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərinə zərbələr endirib, xəsarət alan yoxdur, hadisə ilə bağlı araşdırma aparılır”, – məlumatda deyilir.

Bu informasiya iki kontekstdə diqqət çəkir:

Birincisi, Azərbaycan Ordusu Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarının möhkəmlənməsinə qarşı hərbi müstəvidə addımlarını atır və erməni qoşunları çıxarılmayana qədər bu addımlar davam edəcək: Azərbaycan MN-nin rus sülhməramlılarına xəbərdarlığı, ardınca Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə cavabında qeyd olunan məqamlar rəsmi Bakının 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasında israr etdiyini təsdiqləyir;

İkincisi, Rusiya Müdafiə Nazirliyi Azərbaycan suverenliyinə qarşı açıq təhdid irəli sürür: iyulun 6-da erməni terrorçuların Şuşa istiqamətində atəş açması ilə bağlı məlumatda Rusiya MN “Ermənistan və Azərbaycan tərəfləri” qeydi ilə Azərbaycan sərhədləri daxilində İrəvanı tərəf kimi göstərirdi, indi isə bir qədər də irəli gedərək, “Dağlıq Qarabağı”, Xankəndidəki terrorçu rejimi tərəf kimi göstərir;

Rəsmi Moskvadan hərbi rəhbərliyinin bu təxribatı ilə bağlı cavab tələb olunmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=165944

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31