İki cəbhədə toqquşma: Bakı Moskvaya hansı mesajı verdi?

13.08.2021 - 17:43

 

İki cəbhədə toqquşma: Bakı Moskvaya hansı mesajı verdi?

– Ermənistan sərhəddə Azərbaycan ordusunun mövqelərini atəşə tutdu;
– Qarabağdakı erməni terrorçular Füzuli, Xocalı və Şuşa istiqamətində atəş açdı;

Rusiya MN-nin “Azərbaycan “Dağlıq Qarabağ”ın silahlı birləşmələrinə atəş açıb” iddiasından sonra Bakı bu informasiya ilə Moskvaya cavab verir: sərhəddə atəşkəsi pozan Ermənistan, Qarabağda atəş açan erməni terrorçulardır.

İki cəbhədə – sərhəddə də, Qarabağda da mövcud vəziyyət gərgindir: Bakının prinsipial mövqeyi rusların istəklərinə uyğun gəlmir və eskalasiyanın davam edəcəyi gözləniləndir.

Diqqətçəkən əsas məqam Qarabağda erməni terrorçuların açdığı atəşlə bağlı Azərbaycanın Rusiya sülhməramlılarına müraciət etməməsidir. Bu, Bakının “Dağlıq Qarabağı” tərəf kimi təqdim etməyə çalışan Rusiyaya “sülhməramlı missiyanı” qəbul etmədiyi mesajı kimi qəbul oluna bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=165960

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31