Prezidentin Kəlbəcər və Laçına səfəri Ermənistana verilmiş ciddi bir mesajdır – Politoloq

17.08.2021 - 19:04

 

Prezidentin Kəlbəcər və Laçına səfəri Ermənistana verilmiş ciddi bir mesajdır - Politoloq

 

“Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonuna gəlməsi Ermənistan tərəfinə verilmiş ciddi bir mesajdır. Bu o deməkdir ki, biz sizin təxribatlarınızdan qorxmuruq və cavabınızı veririk”.

Bunu açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Kəlbəcərə gəlməsi və orada bir sıra çıxışlar etməsi cəsur addımdır: “İlham Əliyev qeyd edib ki, Göyçə mahalı və digər ərazilərin adını ermənilər dəyişdirərək öz torpaqları kimi qələmə vermək istəyirlər, ancaq həmin ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Ermənistanın işğalı altında olan həmin o ərazilər Azərbaycana məxsus olub. SSRİ və digər xəritələrdə də bu məsələ öz əksini tapıb. Azərbaycanlılar orada əsrlər boyu yaşayıb və həmin ərazilərin adları da bizə məxsusdur. Prezident İlham Əliyev müharibədən əvvəl də deyirdi ki, işğal altında olan bütün torpaqlarımızda bayrağımız dalğalanacaq və belə də oldu. Yəni indi Ermənistanın nəzarətində olan ərazilərimizdə də Azərbaycan bayrağı dalğalanacaq. Ermənilərin işğalçı siyasəti əbədi ola bilməz.

F.Sadıqov vurğulayıb ki, Ermənistan sülh müqaviləsi bağlamamaq üçün təxribatlara əl atır: “Ermənilər sülh müqaviləsini imzalasalar, onlar tərəfindən mübahisəli sayılan ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Onlar sülh müqviləsini imzalasalar, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etmiş olacaqlar və bundan qorxurlar. Ermənistan əlindən gələni edir ki, təxribatlar geniş vüsət alsın. Ancaq Azərbaycan Ordusu törədilən bütün təxribatların qarşısını alır və adekvat addımlar atır. Bizim bu cür məsələlərə reaksiyamız artıq göz qabağındadır. Ermənistan tərəfi Azərbaycan Ordusu ilə üzləşmək istəmirsə təxribatlara son qoymalıdır. Belə olmadığı halda biz sərt addımlar atacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=166073

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31