İlham Əliyev Putinə zəng etdi

20.09.2021 - 18:05

 

İlham Əliyev Putinə  zəng etdi

 

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Rusiya Prezidentini Hakim “Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik etmişdir.

Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanlığına yönəlmiş siyasətə xalq tərəfindən verilən qiymətin təzahürü kimi dəyərləndirmişdir.

Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etmişlər.

Söhbət zamanı dövlət başçıları əmin olduqlarını bildirmişlər ki, yeni seçilmiş Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcəkdir.

Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı vermişdir. Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirmişdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=166940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31