Siyasətin Cahandar darlığı, yaxud…

25.10.2021 - 11:32

Son illər Azərbaycan siyasətində ənənəvi fəaliyyət yeni üsullarla əvəzlənib. Bu gün özünü az qala xalq lideri kimi təqdim edən siyasətçilər var ki, fəaliyyəti sosial şəbəkə çərçivəsindən kənara çıxmır. Bundan bir az irəli gedən başqa bir kəsim də var ki, onlyan tv-lərdə debat qəhrəmanlarına çevrilib, özlərini cəmiyyətə politoloq, millət fədaisi kimi sırayırlar. Bu günlərdə bu iki hal bir şəxsin timsalında birləşib və Cahandar Bayoğlu internet tv-lərin birində müsahibə verərək öz aləmində gündəmi təhlil edib. Bu şəxs dəfələrlə özünün qurduğu müxtəlif variantlarla mətbuatda çıxış eləyib, sonra öz uydurduğuna özü inanmağa başlayıb. Bu dəfə isə “gül vurub”…
Köhnə hərəkatçılar Cahandarı yaxşı tanıyır. “Yeddilər” komandasının ən zəif bəndi olan bu şəxs heç bir zaman kəsiyində ciddi etimad qazanmayıb və “yeddilər”dən biri olmaqdan uzağa gedə bilməyib. Elmi və siyasi potensialı sıravi partiya üzvülüyündən o yana keçməyən birinin özünü partiya başqanı elan etməsi isə belə bir siyasi anormallıq yaradır. Cahandar Bayoğlu tez-tez bildirib ki, parlamentdə ermənilər var, kürdlər var, nə bilim kimlər var. Amma bir həqiqət də danılmazdır, müxalifətdə də, iqtidarda da olmaq olar, hətta erməni də, kürd də olmaq olar. Ən bədnam, ən biabırçı Cahandar Bayoğlu olmaqdır. Bundan bədnam bir şey yoxdur. Bu gün iqtidar-müxalifət dialoquna ironiya ilə yanaşan Cahandar Bayoğlu özü parlamentə düşə bilsəydi tamam fərqli mövqedən çıxış edərdi. Xalq arasında belə bir deyim var ki, ”pişiyin ağzı ətə çatmayanda deyir iylənib”. Əgər doğrudan da Cahandar Bayoğlu iddia etdiyi kimi, iqtidar-müxalifət dialoqu “klub” səviyyəsindədirsə, buyurub gərəkən müxalifətçiliyi cəmiyyətdə özü eləsin, ona kim mane olur? Onunla eyni mövqedə olan, “avtobus müxalifəti” uydurması ilə məlum pişik durumunda olan partiyaları var, gedib həmin partiyaların birinə üzv olsun və mübarizə aparsın.
Cahandar Bayoğlu bu günədək “yıxılana balta vurmaqla” ad çıxarıb,pafoslu çıxışları “icazəli qəhrəmanlıq”dan başqa bir şey olmayıb. Özünü Günüy Azərbaycanın lideri qədər böyüdən bu “partiya başqanı”nın ətrafına beş adam yığıb bir toplantı qurduğunu, bir aksiya keçirdiyini gördünüzmü? Əsla! Amma əvəzində facebook profilində gözəl simalı şəxslər partiyanın statuslu yetkililəri kimi təqdim olunur. Belə baş saxlamaq olmaz, atam balası…
Düzdür, nəticə verəcəyinə çox da ümidimiz yoxdur, amma yenə də Cahandar Bayoğluna iqtidar-müxalifət dialoqunun mahiyyəti və gərəkliliyi haqda bəzi siyasi nüansları xatırlatmaq istərdik. Dialoqun ən böyük nəticəsi torpaqlarımızın düşmən işğalından azad edilməsidir. Xalqımızın, dövlətin, ordumuzun, siyasi partiyaların bütün gücü bu vacib məsələnin həllinə yönəlmişdi. İndi bütün gücümüzü digər ərazilərimizə qayıtmaq, işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsinə, abadlaşdırılmasına, şəhər və kəndlərimizin yenidən tikilməsinə yönəltməliyik. Siyasi partiyaların bu işdə hakimiyyətə verəcəyi təkliflərlə yanaşı, işdə buraxılan hər hansı nöqsanların da aradan qaldırılması üçün tənqidi fikirlərini də səsləndirməsi aparılan bu böyük proses üçün çox vacibdir. Hakimiyyətlə müxalifət arasında milli məsələlərdə əməkdaşlığın aparılması bütün partiyalarda eyni cür dəyərləndirilməyə bilər. Ancaq bu, partiyalarla hakimiyyət arasında dialoqu istisna etməli deyil. Uzun illər Azərbaycanın siyasi həyatında partiyaların əksəriyyətinin keçdiyi yol heç də rahat olmayıb. Biz hamımız əvvəlki müvafiq şöbənin (ictimai-siyasi şöbə nəzərdə tutulur – red.) rəhbərliyi zamanı partiyalara qarşı edilən özbaşınalıqlar, onların siyasi proseslərə etdikləri müdaxilələri yaxşı xatırlayırıq. Hər bir partiya özünün ona qanunla tanınan hüquqlarını dövlətin təmin etməsi üçün, milli məsələlərdə həmrəyliyin qorunması üçün hakimiyyətlə dialoqun aparılmasında maraqlı olmalıdır.
Bu məqamda Cahandar Bayaoğluna siyasi əxlaqın da bəzi qaydaları haqda xatırlatma etmək yerinə düşər. Özünü millətçi adlandıran bu kəs, gərək fərqində olaydı ki, “klub” deyə ironiya etdiyi bu prosesdə millət və mili dava yolunun Cahandar Bayoğlunun yaşı qədər yol gedən simaları var. Axı hərıkat və Elçibəy belə siyasi əxlaq öyrətməmişdi. Yəni Cahandar Bayoğlu, bunu da bilmir? Buna ki siyasi savad lazım deyil…
Sadəcə ağıl və tərbiyə azımdlr.
NƏSİMİ

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167859

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031