Putin Lavrov və Şoyqu ilə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin bu gün xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bu gün prezident digər görüşlərlə yanaşı, xarici işlər naziri Lavrov və müdafiə naziri Şoyqu ilə görüşəcək”, – Kremlin sözçüsü vurğulayıb.
Peskov Putinin bu gün Kremldə çalışacağını da söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=170503