Aİ Azərbaycanla Ermənistan arasında birbaşa təmasları və əlaqəni dəstəkləyib

11.04.2022 - 23:38

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında bu gün baş tutan telefon danışığını müsbət qiymətləndirib.

Cumhuriyyet.az xəbər verir ki, Toyvo Klaar bu barədə özünün tviter hesabında yazıb.

“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, – Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sosial şəbəkə hesabında yazıb.

O, həmçinin Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri ilə danışığəna dair tviter paylaşımını da paylaşıb.

Xatırladaq ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=173319

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728