Bakıdakı prezident seçkisini Makron qazandı

13.04.2022 - 17:14

Fransadakı prezident seçkiləri ilə əlaqədar Bakıda təşkil olunmuş səsvermənin nəticələri açıqlanıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səsvermədə iştirak etmiş Fransa vətəndaşlarının çoxu hazırkı dövlət başçısı Emmanuel Makrona səs verib.

Məlumata görə, Bakıdakı seçki məntəqəsində 34 nəfər (34,34%) Makrona səs verib.

İkinci yerdə qərarlaşmış Jan-Lyuk Melanşon 25 səs (25,25%), üçüncü yeri tutmuş Erik Zemmur 10 səs (10,10%) qazanıb.

Makronun əsas rəqibi və “Milli Birlik” partiyasının lideri Marin Le Penə 8 nəfər (8,08%) səs verib. Ümumilikdə, məntəqədə qeydə alınmış 189 nəfərdən 101-i seçkilərdə iştirak edib. Onlardan ikisinin səsi etibarsız sayılıb.

Qeyd edək ki, Fransada aprelin 11-də prezident seçkilərinin birinci turu keçirilib. Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səs toplayıb. Onun rəqibi Milli Birlik Partiyasının lideri Marine Le Pen 23,15% səs yığıb.

Fransa prezidenti postu uğrunda seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=173454

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930